Vasif Əlihüseyn - Əllərin də üşüyər, soyuq suda hardasa
02/11/2017
Avanqard.net gənc şair Vasif Əlihüseynin həyat yoldaşına yazıdığı şeirləri təqdim edir.
BİLƏKLƏRİM DİNCƏLİB
Səhərlər güzgüyə yox
sənə baxıb çıxıram evdən
axşamlar da evə
sənə görə tələsirəm
biləklərim elə dincəlib
kirli paltarlarımdan
geriyə baxdıqca
daha çox acı çəkdiyimin
fərqindəyəm
donmuş ayaqlarımı
ayağının altında
donmuş əllərimi
əllərinin içində
isitməkdi varlığın
heç nə demirəm...
bircə gəlişinə qərar verdiyinçün
çox sağ ol!
HƏYATIMIN QADINI
bu küləkli şəhərdə
saçların da dağılar
əllərin də üşüyər
soyuq suda hardasa
məndən nigaran olma
öyrəşmişəm şəhərə
yenə tək qalacaqsan
çalış, öyrəş səhərə
harda uzaqda olsan
görsəm təksən, yetərəm
gözlərinin yaşın sil
mən səndən də betərəm
sevdiyim şeir kimi
əzbərlədim adını
sən gəldin tək qalmadım
həyatımın qadını
SƏNDƏN ÖNCƏ DARIXDIĞIM BİR QADIN VAR
Səni sevən gündən
hamı unutdu məni
məni sevənlər
təkcə mənə yox
sənə də xoşbəxtlik dilədilər
ömür dediyin
bu yaşamağın içində
o qədər yorğunam ki
içimdə neçə ilin xatirəsi var
bir də sənə bir söz deyim
səndən öncə
darıxdığım bir qadın var
məni anasız qoyub
MƏN DƏ ELƏ DARIXIRAM
Gözlərim yola dikilir,
günlərim daralanda.
Mən də elə darıxıram,
gecələr qaş qaralanda.
Hər gün evimdə təm-təkəm,
divarlar üstümə gəlir.
Bəzən olur, təkliyimdə,
özümün pisimə gəlir.
Gəlir adamlar düz keçir,
evimin işığı sönmür.
Daha sənin kimi heç kim,
dolanıb başıma dönmür.
Vaxtımı verirəm bada,
darıxıb hara gəlirəm.
Günləri paltarım kimi,
ağ yuyub, qara sərirəm
BİLƏKLƏRİM DİNCƏLİB
Səhərlər güzgüyə yox
sənə baxıb çıxıram evdən
axşamlar da evə
sənə görə tələsirəm
biləklərim elə dincəlib
kirli paltarlarımdan
geriyə baxdıqca
daha çox acı çəkdiyimin
fərqindəyəm
donmuş ayaqlarımı
ayağının altında
donmuş əllərimi
əllərinin içində
isitməkdi varlığın
heç nə demirəm...
bircə gəlişinə qərar verdiyinçün
çox sağ ol!
HƏYATIMIN QADINI
bu küləkli şəhərdə
saçların da dağılar
əllərin də üşüyər
soyuq suda hardasa
məndən nigaran olma
öyrəşmişəm şəhərə
yenə tək qalacaqsan
çalış, öyrəş səhərə
harda uzaqda olsan
görsəm təksən, yetərəm
gözlərinin yaşın sil
mən səndən də betərəm
sevdiyim şeir kimi
əzbərlədim adını
sən gəldin tək qalmadım
həyatımın qadını
SƏNDƏN ÖNCƏ DARIXDIĞIM BİR QADIN VAR
Səni sevən gündən
hamı unutdu məni
məni sevənlər
təkcə mənə yox
sənə də xoşbəxtlik dilədilər
ömür dediyin
bu yaşamağın içində
o qədər yorğunam ki
içimdə neçə ilin xatirəsi var
bir də sənə bir söz deyim
səndən öncə
darıxdığım bir qadın var
məni anasız qoyub
MƏN DƏ ELƏ DARIXIRAM
Gözlərim yola dikilir,
günlərim daralanda.
Mən də elə darıxıram,
gecələr qaş qaralanda.
Hər gün evimdə təm-təkəm,
divarlar üstümə gəlir.
Bəzən olur, təkliyimdə,
özümün pisimə gəlir.
Gəlir adamlar düz keçir,
evimin işığı sönmür.
Daha sənin kimi heç kim,
dolanıb başıma dönmür.
Vaxtımı verirəm bada,
darıxıb hara gəlirəm.
Günləri paltarım kimi,
ağ yuyub, qara sərirəm