Vasif Əlihüseyn - Darıxmağın beşiyidi bu şəhər
05/03/2020
GEDİRSƏN...
Bir yad oğlunun qoluna
girib gedirsən
hamı deyir gedirsən,
amma bircə mən bilirəm
necə gedirsən
evinizdən köçməyinə
ağlayır anan
bir də var, ürəyindən köçməyinə
ağlayır adam
asta-asta atırsan addımlarını
atdıqca addımlarını köçürsən
elə atırsan addımlarını
sanki aramızdakı
məsafəni ölçürsən
yallı gedir adamlar
sən də qolunu qaldır, yellən
qoy bilsinlər olanları
yanağından göz yaşını sil, dillən
bu vağzalı havasına
elə yatır ayaqların
qoşa düşən zər kimi
vətən marşı havasına
yeriyən əsgər kimi
gedirsən
DARIXMAĞIN BEŞİYİDİ BU ŞƏHƏR
Bu şəhərdə
kirayə ev axtarmaqdan bezərəm
ay sonları deyinən o qoca qarının
donqultusu qalar qulaqlarımda
rayondan gətirdiyim
cehiz qab-qacaqlar
anamın ən gözəl yadigarlarıdı
darıxmağın beşiyidi bu şəhər
üzüyola bir adam tapmazsan
anlaya səni
başını qoyub çirkli yastıqlarda
açarsan səhəri
adamların tələsdiyi bu şəhərdə
qarışqa yuvalarına bənzəyər
metro çıxışları…
Heç kimi unutmamışam,
yaddaşımın küncündə
o qədər qadın var ki,
hərəsi bir günahıma görə
uşaq doğur başqasından.
***
Nə desən haqlısan
oturub min kilometr
məndən uzaq olan birini
düşünməyimin
bədənimin hansı orqanına
xeyri var, bilmirəm.
***
heçmi istəmədin
arxadan mənə sarılıb
güzgüdə əksini görməyimi.
Bir yad oğlunun qoluna
girib gedirsən
hamı deyir gedirsən,
amma bircə mən bilirəm
necə gedirsən
evinizdən köçməyinə
ağlayır anan
bir də var, ürəyindən köçməyinə
ağlayır adam
asta-asta atırsan addımlarını
atdıqca addımlarını köçürsən
elə atırsan addımlarını
sanki aramızdakı
məsafəni ölçürsən
yallı gedir adamlar
sən də qolunu qaldır, yellən
qoy bilsinlər olanları
yanağından göz yaşını sil, dillən
bu vağzalı havasına
elə yatır ayaqların
qoşa düşən zər kimi
vətən marşı havasına
yeriyən əsgər kimi
gedirsən
DARIXMAĞIN BEŞİYİDİ BU ŞƏHƏR
Bu şəhərdə
kirayə ev axtarmaqdan bezərəm
ay sonları deyinən o qoca qarının
donqultusu qalar qulaqlarımda
rayondan gətirdiyim
cehiz qab-qacaqlar
anamın ən gözəl yadigarlarıdı
darıxmağın beşiyidi bu şəhər
üzüyola bir adam tapmazsan
anlaya səni
başını qoyub çirkli yastıqlarda
açarsan səhəri
adamların tələsdiyi bu şəhərdə
qarışqa yuvalarına bənzəyər
metro çıxışları…
Heç kimi unutmamışam,
yaddaşımın küncündə
o qədər qadın var ki,
hərəsi bir günahıma görə
uşaq doğur başqasından.
***
Nə desən haqlısan
oturub min kilometr
məndən uzaq olan birini
düşünməyimin
bədənimin hansı orqanına
xeyri var, bilmirəm.
***
heçmi istəmədin
arxadan mənə sarılıb
güzgüdə əksini görməyimi.