Vasif Əlihüseyn - Başqa dizlərdə qatır qadınsızlığının başını
12/03/2019
SƏNİ BU ŞƏHƏRDƏ TAPMAQ ÇƏTİNDİ
Mən ən çox anamın şəklini siləndə
təmiz şüşə sildiyimə görə sevinirəm
sən bilmirsən axı,
sevdiyim qadını ən çox anam olsun deyə oxşayıram
oxşayıram ki, anam yuxuma girsin
oxşayıram ki, qadınsız qalmış
təndirinə çörək yapsın...
Mən ən çox kəndimizə
anamın məzarına görə gedirəm
gedirəm ki, anam sevinsin
sən də sevin, qadın
sevin ki, səni anam kimi
sevdim
Atamın uzaqlarda olması
bəlkə də
anamın ən böyük ayrılığıdı
başqa dildə danışan qadınlara qısqanır onu
başqa dizlərdə qatır atam
qadınsızlığının başını
indi bir uşaq adı tapmaq qədər çətindi
səni bu şəhərdə tapmaq
nə olar qayıt,
qadınsız kişilərin tək qaldığı evə
NİFRƏT ETMƏSƏM...
mən səni sevməkdən başqa
heç nəylə sərxoş olmadım
dodaqlarına toxunduqca
daha çox udqunuram
gəl, dodaqlarımızı
şərab badəsi kimi bir-birinə vuraq
bu şəhərin balaca olduğuna inanıb
gəzirəm küçələrini
hardasa bir metro keçidində
səni keçirmək
və ya ağır çantana kömək etmək qədər
möhtacam sənə
siqaretimi söndürdüyüm
külqabı kimi
nifrət edirəm ayrıldığımız yerə
baxıram ki, səni sevdiyim qədər
nifrət etməsəm,
unutmaq çətin olacaq...
BİLİRƏM KİMİNSƏ VAR
gənc idin, gözəl idin
dedim elə qalasan
o, vaxtı tənha qızdın
indi isə, anasan
biz olan küçələrin
kəsiblər başı qalıb
ovcumuzda darıxan
bircə çay daşı qalıb
necə deyim çıx yola
başıma kül ələ sən
bilirəm kiminsə var
kimsə qoymur gələsən
Mən ən çox anamın şəklini siləndə
təmiz şüşə sildiyimə görə sevinirəm
sən bilmirsən axı,
sevdiyim qadını ən çox anam olsun deyə oxşayıram
oxşayıram ki, anam yuxuma girsin
oxşayıram ki, qadınsız qalmış
təndirinə çörək yapsın...
Mən ən çox kəndimizə
anamın məzarına görə gedirəm
gedirəm ki, anam sevinsin
sən də sevin, qadın
sevin ki, səni anam kimi
sevdim
Atamın uzaqlarda olması
bəlkə də
anamın ən böyük ayrılığıdı
başqa dildə danışan qadınlara qısqanır onu
başqa dizlərdə qatır atam
qadınsızlığının başını
indi bir uşaq adı tapmaq qədər çətindi
səni bu şəhərdə tapmaq
nə olar qayıt,
qadınsız kişilərin tək qaldığı evə
NİFRƏT ETMƏSƏM...
mən səni sevməkdən başqa
heç nəylə sərxoş olmadım
dodaqlarına toxunduqca
daha çox udqunuram
gəl, dodaqlarımızı
şərab badəsi kimi bir-birinə vuraq
bu şəhərin balaca olduğuna inanıb
gəzirəm küçələrini
hardasa bir metro keçidində
səni keçirmək
və ya ağır çantana kömək etmək qədər
möhtacam sənə
siqaretimi söndürdüyüm
külqabı kimi
nifrət edirəm ayrıldığımız yerə
baxıram ki, səni sevdiyim qədər
nifrət etməsəm,
unutmaq çətin olacaq...
BİLİRƏM KİMİNSƏ VAR
gənc idin, gözəl idin
dedim elə qalasan
o, vaxtı tənha qızdın
indi isə, anasan
biz olan küçələrin
kəsiblər başı qalıb
ovcumuzda darıxan
bircə çay daşı qalıb
necə deyim çıx yola
başıma kül ələ sən
bilirəm kiminsə var
kimsə qoymur gələsən