Avanqard

Vaqif Aydınoğlunun şeiri

16/03/2013















Ruh və cisim

Mən Günəşi gördüm,
Günəş məni görmədi.
Hər yanım kölgədir:
Necə ki,
Gecə kölgəni görmədi.

Yerə göydən gəldim
Ruhum dinclik görmədi.
Ağırmış cismim yükü,
Elə ki, döndüm göyə,
Cismim oldu tabut yükü
Qəbir məni görmədi.

Nə ağırmış bu həyatın yükü,
Var gəl edir tabut altda onlarla kişi.
Ruhuma bax, çəkisi bir “qıl” yükü,
Köməyi yox körpü keçir,
Birdə ki, verilən suallara cavabdır işi.

Bumudur ədaləti həyatın?
Gəzdiyim torpaq,
Udduğum hava
Biri özündə əridir,
Biri sorğu- sual edir məni.

Digər Məqalələr