Avanqard

Ulduz Zeynalova - Yuxularımdan qorxuram

27/12/2013

Qısa hekayə

Atamı  aparmışdılar. Həmin gecə yuxumda gördüm onu. Əynində ağ  libas, qoltuğunda nərd taxtası. Uzun bir yol gedirdi. Hönkürtümə  anam  qaçaraq gəldi. Göz yaşları içində boğularaq anamı qucaqlayıb, - atamı ordan qurtarmaq lazımdı, - dedim...

Sonradan mənə ayan oldu ki, yuxuda nərd taxtası görmək zindana, ağ  libas  isə  ölümə  işarədir.

Yuxularımdan çox qorxuram!


Avanqrad.net

Digər Məqalələr