Avanqard

Taleh Eminoğlu - Öyrəşmisən arvadını kimlərsə...

13/05/2013

Təbriz                                 (Cansız şəhərlər silsiləsindən)
Təbriz torpağı verin bir ovuc,Xarıbülbül əkim.Təbriz havası verin ciyər dolusu,Cənnəti hiss edim.Təbriz suyu verin bir udum,Zəmzəmi dadım.Təbriz alovu verin bir məşəl,Üsyan tonqalın yandırım.Xiyabani nəvələrizindanlara atılır,Səttərxan nəvələrikəndirlərdən sallanır,Rzaxan nəvələriəldə qamçı meydanlardaat oynadır.Çörək göndərməsənizdəsalam göndərin,Təbrizli şairinbalağı cırıq şalvarlı,yetim övladına.Ana deyin, bacı deyinTəbrizli şairin,çadrası tək bəxti qaradul xanımına.Arazın sularında ayağınızı yumayın –Səmədin ruhu bulanmasın.Azad edin Səhəngin qarabalığını,evinizdə balıq saxlamayın.Aya deyil, Təbrizə baxıbsalavat çevirin,Təbriz kutsaldı Məkkə qədər“şeirlər şəhəri” deyin.Təbrizdi Allahın ən çox sevdiyivə unutduğu şəhər. Dərddən xoşbəxt olanlardı,Təbrizli şairlər.                                                                                                                                Ümid küçəsi
Nə sən mənsizliyinortasındasan, nə mən sənsizliyinastanasında.Ümid küçəsində veyillənirik,hər şeyin günahın Allahda görüb,dodaq altında gileylənirik.


Bir dəfədə belə olmuşdu
Qaçsam, qaçsamküçələnsəm ardınca çatarammı?Qaçsan, qaçsanküçələnsən qovarammı.Əsla.Qova bilməm.Nə səkilər tab gətirər,nə ayaqlarımız,tıncıxar nəfəsimiz,dizlərimiz titrəyər.Bir dəfədə belə olmuşdu,eşq ardınca qaçanda.Yeni səki daşları döşənər,işıq dirəkləriqoyular,yeni dilənçilər gələr yollara,yalnız biz köhnə qalarıq.Bir dəfədə belə olmuşdu,eşqə çatıb yenidən uzaqlaşanda.Küçələn,küçələnim,küçələnək eşqə doğru.Bir dəfədə belə olmuşdu...

                Məmur
Şəhid məzarına gül qoyan məmur,düşündünmü ki, niyə şəhid deyilsən?Qarabağ əlilinin əlini sıxan məmur,düşündünmü heç:sənin haqqını yeyən məmurun əlini sıxardınmı?Qucağında bir ovuc tum,bir qutu siqaret satardınmı?Qolların olmasada“savaş olsa döyüşərəm” deyərdinmi?Ayaqların yerə dəyməsədəbu torpağı sevərdimi?Yox...yox...yox...Sən öyrəşmisən arvadınıkimlərsə qorusun,qarnını kimlərsədoldursun.Sən öyrəşmisən palaz kimiayaq altda sərilməyə,yaşda kiçik rəhbərinə“atam, atam” deməyə.Sən busan bu…Qrabağ əlilinin olmayanəli, qolu,satdığı bir qutu siqaretivə bir ovuc tumu.

Digər Məqalələr