Avanqard

Seyran İsmayıl - Bu gecə bir misra söz öldürmüşəm

14/02/2014





 








Bəs niyə dayanıb bu zaman görən?
Bəs niyə acılmır bu sabah allah?
İlk dəfə səhəri qatil açacam,
İlk dəfə batacam günaha allah.

Nə sənə gəlməyə həvəsim qaldı ,
Nə səndən uzaga getmək həvəsim.
Bu sabah açılmır açılmır allah,
Gedib o məzlumun qapısın kəsim.

Deyim ki bağışla ya öldür indi,
Bir çiçək açmamış yaz öldürmüşəm.
Bu gecə bir misra şer yazmışam,
Bu gecə bir misra söz öldürmüşəm.

Digər Məqalələr