Seymur Əhməd - Öpüm səni, gözəl, olar?..
30/09/2014
Gözəl olar
Səni gördüm havalandım,
Bu havada gözəl olar?..
Sən qəşəngsən, mən ürəkli,
Qoşa gəzsək, gözəl olar!
Ömrümüzün hamar vaxtı,
Gəlib çatdı tumar vaxtı.
Gözlərinin xumar vaxtı
Öpüm səni, gözəl, olar?..
Bar yetişməz çiçək yoxsa,
Bal süzülməz pətək yoxsa,
Sinəmizdə ürək yoxsa,
Dodaq, yanaq, göz, əl, - olar?..