Səxavət Sahil - İsa kimi Xocalı
25/02/2021
Avanqard.net Səxavət Sahilin Xocalı faciəsinə həsr olunan "İsa kimi Xocalı" şeirini təqdim edir.
İsa kimi Xocalı
İsa kimi
çarmıxa çəkilmişdi Xocalı,
Məryəm kimi
çarəsiz idi Azərbaycan.
Qolundakı ikibaşlı qartala baxıb,
özünü Romalı sayırdı
rus əsgərləri.
Məsihin edamın görmədiyi kimi,
26 fevralda da
yumulmuşdu tanrının gözləri.
Buz bağlamışdı tökülən qan –
ulduzlar yerdə parlayırdı.
Göydə kimsə yoxuydu...
Susmuşdu yer kürəsi
dünya boşalmışdı –
adamlar dənələnmiş nar kimi
torpağa dağılmışdı.
İsa kimi Xocalı
İsa kimi
çarmıxa çəkilmişdi Xocalı,
Məryəm kimi
çarəsiz idi Azərbaycan.
Qolundakı ikibaşlı qartala baxıb,
özünü Romalı sayırdı
rus əsgərləri.
Məsihin edamın görmədiyi kimi,
26 fevralda da
yumulmuşdu tanrının gözləri.
Buz bağlamışdı tökülən qan –
ulduzlar yerdə parlayırdı.
Göydə kimsə yoxuydu...
Susmuşdu yer kürəsi
dünya boşalmışdı –
adamlar dənələnmiş nar kimi
torpağa dağılmışdı.