Avanqard

Sevinc el Sevər - Eşq mesajları

12/02/2013

Eşq
qızlarım üçün...
nə qədər uzaq tutmağa çalışsalar daeşq əfsanələrindənnə qədər qorumaq istəsə dəanamız-atamız bizieşq acılarındanatacağımız səhv addımlardanyalnış adamları sevməkdənyenə qoruya bilmədilərbiz yenə sevdik!anamızdan-atamızdan çox acılar çəkdikeşq yolunda...
içimizə çəkilməyimizdəngözlərimizi gizləməyimizdənsüfrəyə- yeməyə küsməyimizdənanladılar...səhərlər balışlarımızınüzlərini dəyişəndəgecələr boyu tökdüyümüzgöz yaşlarımızın izləriniyudular analarımız...gecikdiklərinibizi sevginin pəncələrinəqapdırdıqlarını anlayaraq...
sevəcəksən sən də, qızım...saçının uzanmağıboyunun artmağı kimibir şey olacaq bu daqarışa bilməyəcəm ürəyinin işinə...gecələr boyu yuxusuz qaldım məngah qollarımdagah ayağımda yellədim ki sənqarın sancısından beləgöz yaşı tökməyəsən...üskük tax barmaqlarına, qızımsevgilinə köynəklər tikəndə...barmaqların yalın olmasın!
nə qədər ki, uşaqdınistədiyin hər şeyi ağlamaqla aldın...eşqi ala bilməzsən göz yaşıyla, acıylaeşq adamın göz yaşına baxmaz...ağlamaq istəsən anana gəlçocuqluğundakı kimisəni ancaq anan kiridər.
nə qədər uzaq tutmaq istəsələr dəsevgi romanlarındanqonşumuz Əliylə Leylanınsevgi əhvalatındanbacarmadılarLeylanı Əliyə verməmişdilərözünü asmışdı Əlibütün analaratalar qorxmuşdularqadağan olunmuşdu eşq kəlməsiməhəllədə illərcə...barmaqlarına üskük tax, qızımsevgilinə köynəklər tikəndəbarmaqların yalın olmasın!ağlamaq istəsənüstümə qaç
eh...!sankieşq bir adamyeyəndi dəgəlib səni axtaracaqmən arxamda gizləyəcəmqurtarıb gedəcək hər şey...

Eşq mesajları
hərdən darıxıruzun-uzadı axtarmalı olurarvadından gələn eşq mesajlarınıtelefonunun mesaj qutusundakıərzaq və dərman siyahıları arasında...tapdıqca sevinirmesajlar təzədən gəlmiş kimi.

Vida gecəsi
pırtlaşıq saçlarıtələm-tələsik daranansaçları yolunduqcadarağa düşmən olmuşbalaca qız kimi inciyəm indigüzgünün önünə keçibordakı özüməgülümsəyənə qədər çəkərbu düşmanlığımsevgi yaşamaq öyrədiryıxılanda durmaq öyrədir adamaanasının-babasının köməyi olmadansevgiləri daşa dəydikcə böyüyür adam
bir qəfəs quşu kimikədərli oxumağıma baxmaözümü sevdirməkdi istəyim həmbu qəfəs sahibinə bəlkə
bəzən qəm yeyə-yeyə böyüyür adamçörəkdən daha çox vitamin verərsaçları uzadaryaddaşı möhkəmlədər qəmadamları tanımağı öyrənərsən həmqəm çəkdikcə
sən bir səhifəydin oxuduğum kitabdaçevirdim getdiolmasaydın səhifələr arasındaboş görünərdi yerinöldürərdi marağı mənikitabdan düşüb itən səhifələrinbu qədər bəsitdi hər şeybu qədər aydın
sevmək vaxt ötürməkdivaxtı sevə-sevə ötürmək, yənivaxtı ötürdükcəarxasınca darıxmaq nədi bilməməkdizamanın axınında boğulandabir saman çöpü kimikiminsə əlindən tutub sahilə çıxmaqdızamanı unutmaqdı
anasının küncə qoyduğubalaca uşaq kimi qızğınamcəzam bitincə unudacam...
sevgilər üçün kimsə ağlamır indiəvvəlki təkinsanlar bir az daha qürurlusaflığa gülürlər ancaquşaqkən atamın sürdüyü Zaparojesdəməni məktəbə aparmağındannecə utanırdımsaelə utanaram göz yaşımı görsələr...ölümündən qorxsa daqışqırmaqdan ar eləyən qoca nənəmölümü üzüyola qarşıladığı kimidişimi-dişimə tutub qarşılayacam tənhalığımısəssiz-səmirsiz...balıq kimi hayqırır ağrılarınıqürurlu ürəklərheç nə eləmirlərsadəcə bir az daha şiddətlə çırpınırlarkimsəyə sezdirmədən...
yekə adamam,ilk dəfə sevilmədimilk dəfə unudulmadım ki...sevgidən öldü deyəkimsəni özümə güldürmərəm...

Digər Məqalələr