Şəmşad Ağa - Qurdun nəğməsi...
05/03/2013
Biz qurduq, itlərə baxanda azdı sayımız...
(Vladimir Solouxin)
Sən yala öyrədilmiş ev iti,
mən bir ac qurduyam
bu amansız savaşın...
- bağışla,
eyni cür düşünə,
yaşaya bilmərik...
Sən hürür,
mənsə ulayıram;
kökümüz,
soyumuz,
qanımız eyni olsa da.
sən hürdükcə cılızlaşır,
uladıqca mən bir az da böyüyürəm;
beləcə böyüyür
sənə olan nifrətim,
qəzəbim...
uduzduğun azadlıq
sahibinin əlinə,
boynundakı zəncirə...
mənimki meşənin sonsuzluğuna,
sükutuna qədərdir...
mən səni keçmişə,
sən məni gələcəyə aparmaq arzusundaykən,
acizik hər ikimiz ümidimiz qədər...
daha bir fərqimiz var, anlasana!
- sən gündoğana hürürüsən,
diksinirsən ay işığına.
mən ulayıram günbatana, tənhalığa sarı...
birimiz yal, birimiz ov axtarışındaykən
ikimizin də gözündə bir körpə şəkli donur,
hər səhər, hər axşam;
biri qurd, biri it balası...
biz soydaşıq,
qardaş ola bilməyimiz
yaşamımız qədər zor...
çünki mən uladıqca çevrilirəm
sürüdən ayrılmış bir ac yalquzağa,
amma sən, amma sən...
hürdükcə quduzlaşır, qancıqlaşırsan...
Bağışla məni...
(Vladimir Solouxin)
Sən yala öyrədilmiş ev iti,
mən bir ac qurduyam
bu amansız savaşın...
- bağışla,
eyni cür düşünə,
yaşaya bilmərik...
Sən hürür,
mənsə ulayıram;
kökümüz,
soyumuz,
qanımız eyni olsa da.
sən hürdükcə cılızlaşır,
uladıqca mən bir az da böyüyürəm;
beləcə böyüyür
sənə olan nifrətim,
qəzəbim...
uduzduğun azadlıq
sahibinin əlinə,
boynundakı zəncirə...
mənimki meşənin sonsuzluğuna,
sükutuna qədərdir...
mən səni keçmişə,
sən məni gələcəyə aparmaq arzusundaykən,
acizik hər ikimiz ümidimiz qədər...
daha bir fərqimiz var, anlasana!
- sən gündoğana hürürüsən,
diksinirsən ay işığına.
mən ulayıram günbatana, tənhalığa sarı...
birimiz yal, birimiz ov axtarışındaykən
ikimizin də gözündə bir körpə şəkli donur,
hər səhər, hər axşam;
biri qurd, biri it balası...
biz soydaşıq,
qardaş ola bilməyimiz
yaşamımız qədər zor...
çünki mən uladıqca çevrilirəm
sürüdən ayrılmış bir ac yalquzağa,
amma sən, amma sən...
hürdükcə quduzlaşır, qancıqlaşırsan...
Bağışla məni...