Avanqard

Səlim Babullaoğlu - Həmin qadına məktub

21/06/2013














Mənə şəkil göndərdinuzun illərdən sonra,bəraətçün şəkillərgörən, nə deməliydi?Hə, elədi, sükutdagizlənib bütün sözlər.Gözəldi saçında ağ-iztirabın sancağı.
Mənimsə köksümdədixəyanət qəlpələri.Şəhvətin köynəyinitəəssüf yeli qurudub.Birlikdə son günümüz,yəni, o şəkil, ədakeçmisin yaddaşındaindi çoxdan soluxub.
İndi mən çox düşmüşəm,sən də cavan deyilsən.Qırışları gizlətmirboynundakı yaylığın.Tənhasan, yeməyiniyəqin yavan yeyirsən.Gövdəni gəzdirəndəbüdrəyir ayaqların.
O adamlar deyilik,bir də nə yazım,axı?Ehtirasın külündəqaralar üz-gözümüz.Güzgüdə təskinliyingözəlliyin deyilsə,heç olmasa dadınayetişsin diriliyin.
Balaca şəhərlərinçox rahat dünyası var:üç-dükan, meydança,klub və qəbristanlıq.Amma əsas bu deyil,orda bütün söhbətlərdünyanın özü qədəryaman çəkər adamı.
Ömür harda yaşansatale orda qonaqdı.Qonağısa qovmazlar,bir də adət var axı.Axşamları tum çırtla,pəncərədən Aya bax,Leylanın Məcnunundason hərf üçün baş sındır.
Ümidlər ilə yamasabahın cübbəsini.Dualardan bərk yapış,təkcə özün üçün yox.Xatirə güvəsinitəmizlə üst-başından.İndiysə getməliyəm,oğlum məktəbdən çıxır.

Digər Məqalələr