Avanqard

Salam Sarvandan yeni şeir

23/04/2013















Gecənin eyni vaxtında oyaq qalanların gözlərində cürbəcür yuxusuzluq var indi. 
Mən bu sakit gecədə oturubuzaqdakılarım barədə düşünürəm.İndicə anladım ki, gün işığı yaxını,gecə qaranlığı uzağı görmək üçündü.
Yanımızdakı sevgililər doğma gəlməz adama.Doğmalıq - keçmişindəkilərləbirgə xatirələrin olmağındadı.
Üzümüzü üzünə söykədiyimiz sevgilimizin çiyinləri üstündən ayrıldığımız adamlara baxırıq əslində.
İndi bildinmi, Qızım, niyə darıxırıq əslində?!
Bir az da gözləsəydilər,tramvaylar kimi qayıdacaqdıq göyə baxanda elektrik xəttimizi,yerə baxanda relsimizi görənlərin yanına.
Təkcə and yerimiz dəyişmir, Qızım:canina and içdiklərimizinqəbrinə and içirik indi...
And içirəm ki, mən sənin ən yaxşı keçmişin olacam...

Digər Məqalələr