Avanqard

Salam Sarvandan bir şeir oxuyun

26/10/2012














Əvvəl \"Azadlıq\" qışqırıb səsini
qaldırdın.
Sonra imperiyaya yumruğunu
qaldırdın.
Sonra bayraq qaldırdın.
Sonra saray divarlarına
daş qaldırdın
Sonra kimlərisə seçib TAXTA
qaldırdın.
Əhsən!..
Sonra baxıb gördün ki,
bütün qaldırdıqlarından aşağıda qalan
yenə sənsən.

Digər Məqalələr