Sakit bir küçə. Ev dörd, mənzil otuz yeddi
01/11/2012
Xalq şairi Vaqif Səmədoğludan seçmə şeir.
Mənim ünvanım:
Nəhayətsizlik.
Zaman.
Məkan.
Dünən,
bu gün
və sabah.
Görünən,
görünməyən.
Eşidilən,
eşidilməyən,
Qalaktika.
Günəş sistemi.
Yer kürəsi.
Torpaq.
Bir az Avropa.
Bir az Asiya.
Böyük ölkə.
Doğma yurdum.
Azərbaycan
Bakı.
Sakit bir küçə.
Ev dörd, mənzil otuz yeddi.
Otaq.
Üçbucaq masa.
Kağız və qələm.
Şeirlər.