Avanqard

Sabir Rüstəmxanlı - Ayrılıq şeytan işidi...

19/12/2012









GƏLİR

 

Başımıza nə gəlirsə

Sevincdən, ya ahdan gəlir.

Ayrılıq şeytan işidi,

Sevgimiz Allahdan gəlir.

 

Yediyimiz onun malı,

Getdiyimiz onun yolu,

Biz məzlumlar qanun qulu,

Qanunsuzluq şahdan gəlir.

 

Bir meyvə var dərəcəyi,

Bir qapı var girəcəyi,

İnsanın hər girəcəyi

Etdiyi günahdan gəlir. 

Digər Məqalələr