\"Sabir poeziya günləri\"nin açılışı Muğam Mərkəzində olacaq
27/05/2015
1962-ci ildən keşirilən ənənəvi \"Sabir poeziya
günləri\"nin builki açılış mərasimi mayın 30-da Beynəlxalq Muğam
Mərkəzində olacaq.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, nazirliyin və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə təşkil edilən tədbirdə tanınmış yazıçılar çıxış edəcək, \"Sabir\" sənədli filmi göstəriləcək, xalq artistləri Alim Qasımov, Mələkxanım Əyyubova, əməkdar artist Fərqanə Qasımova, xanəndə Elnarə Abdullayevanın ifasında muğam səslənəcək.
Azərbaycanlı yazıçıların, xarici qonaqların qatıldığı tədbir mayın 31-də şairin doğulduğu Şamaxıda davam edəcək. Qonaqlar ulu öndər Heydər Əliyevin abidəsini, şairin ev-muzeyini və məqbərəsini ziyarət edəcəklər. Şamaxının mədəniyyət mərkəzində planlaşdırılan tədbirdə xalq artisti Zabit Nəbizadə, əməkdar artist Firuz Səxavət, xanəndə Abgül Mirzəliyev və Şirvan aşıqlarının iştirakı ilə konsert olacaq. Poeziya günlərinin bədii rəhbəri və aparıcısı şair Əjdər Oldur.
Xatırladaq ki, Şamaxı şəhəri Mədəniyyət və Turizm Nazirliyinin \"Xalq yaradıcılığı paytaxtları\" layihəsi çərçivəsində 2015-ci ilin “Ədəbiyyat paytaxtı\" elan olunub.
Kulis

Digər Məqalələr
2025-10-16 22:05:37
“Əhməd Ağaoğlu və türk dünyası” konfransının materialları nəşr edilib
2025-10-12 21:52:02
İstanbulda Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin barelyefi açılıb