Rizvanə Behin - Yağış yağır - tərif yağışı.
18/09/2018
Rizvanə Behin Tehranda yaşayır. 1961-ci ildə Təbrizdə doğulub, atası Qazaxdan olduğu üçün bir yaşında ikən Azərbaycana gəlib, Bakıda yaşayıb. Orta məktəbi bitirdikdən sonra Neft-Kimya İnstitutuna daxil olub, oranı 1983-cü ildə qırmızı diplomla bitirib. Neft mühəndisi olsa da həmişə ədəbiyyatı, xüsusilə də poeziyanı sevib. İlk şeirini üçüncü sinifdə yazıb. İnstitutu bitirdikdən sonra Elmlər Akademiyasında işləyib, anası iranlı olduğuna görə İrana qayıtmaq istəyib, 1984-cü ildə İrana qaıdıblar. İrada neft şirkətində işləyir və həmişə özünü Azərbaycana borclu sayır. Milli musiqimizə, muğamatımıza, ədəbiyyatımıza həmişə marağı olub. Bakıya tez-tez gəlir. Avanqard.net Rizvanə Behinin bir neçə şeirini oxuculara təqdim edir.
Keçəl Həmzə
Ağlama ürəyi yandıran sözə,
Dillərdə quruyan sözlərə ağla.
Ağlama ağlayıb kor olan gözə,
Doğru görüb danan gözlərə ağla.
Dünya insanları itirmədi, yox,
Əfsus ki insanlıq getdi dünyadan.
İndi göz yaşını öz içində boğ,
Kişilik, dəyanət itdi dünyadan.
Allahlıq eyləmək istədi insan,
Kişinin, qadının əsli dəyişdi.
Elə namərdlər var bəlkə Həmzə də
Qalsaydı utanıb yerə girmişdi.
Ağıllı - dəli
(Bakının 5-ci mikrorayon xatirəsi)
Köhnə məhləmizdə bir “dəli” vardı,
Hər gün eşidərdik yüksək səsini.
Küçə süpürərdi min bir şövq ilə,
Vicdanla görərdi vəzifəsini.
Quşlara daş atan dəcəl oğlanlar
Quş tək qaçardılar görünəndə o.
Bir şillə vurmuşdu qardaşıma da
Ağac budağını sındıranda o.
Bir anası vardı dünya varından
Xəstəydi, üstündə titrər, əsərdi.
Özü ac qarnına yeməyib, oğul
Anasına toyuq yedizdirərdi.
Bir gün qonum-qonşu yığışıb ona
Dedilər: ananı ver aparsınlar,
Qocalar evində yaxşı baxsınlar.
O özündən çıxdı: mən ölmüşəmmi,
Axır gününə tək baxaram özüm,
Sınsa da ayağlm, çıxsa da gözüm.
Ana ölən gündən oğul qəm çəkdi,
Taqət gətirmədi, bir neçə ayda
O da köçüb getdi ana dalınca,
Azaldı bir “ dəli” indi dünyada.
Köhnə məhlənizdə bir “dəli” vardı,
Bütün ağıllılar ona gülürdü.
Dünyanın qəribə işləri vardı,
Köhnə məhləmizdə bir “dəli” vardı.
Heyf
Ürəyim bir sınmış güzgüyə bənzər,
Orda surətin də çilik-çilikdir.
Onu sən sındırdın, ürəyimə yox,
Sənin surətinə heyifim gəlir.
Dənizə qovuşdur məni
(Sevgilisi dənizdə
işləyənlərin dilindən)
Dənizə gedirsən, məni də apar,
Apar göy dalğalar sinəsində sən.
Məni iztirabın köksündən qopar,
Boğulum o dəniz gözlərində mən.
Xəzərin səsini dinləyək birgə,
Sehirli dünyaya məni də apar.
Sularda iz salsın qoy qoşa kölgə,
Başımız üstündə yansın ulduzlar.
Dənizdən titrəyən külək səsinə
Qatım sinəmdəki haray səsimi.
Dalğalar can versin cansız qəlbimə,
Ulduzlar dinləsin nəğmələrimi.
Dənizə vurğunam, bir də ki sənə,
Dərinsən mənimçün dənizlər kimi.
Gəl son qoy, əzizim, sənsizləyimə,
Dənizsən, dənizə qovuşdur məni.
Qarpız
Səhərdən axşamacan
Yağış yağır - tərif yağışı.
Hamı tərifləyir bir-birini,
Gördüyünü, eşitdiyini,
Görmədiyini, eşitmədiyini,
Bildiyini, bilmədiyini.
Tərifləyənlər cılızlaşır,
Təriflənənlər qürrələnir,
Başlar şişir, böyüyür,
Yenə yağış yağır tərif yağışı.
Eyni sözləri eşitməkdən deyən xəstələnirəm,
Gözlərim zəifləyib,
Hara baxıramsa baş yerinə
Şişmiş qarpız görürəm.
Keçəl Həmzə
Ağlama ürəyi yandıran sözə,
Dillərdə quruyan sözlərə ağla.
Ağlama ağlayıb kor olan gözə,
Doğru görüb danan gözlərə ağla.
Dünya insanları itirmədi, yox,
Əfsus ki insanlıq getdi dünyadan.
İndi göz yaşını öz içində boğ,
Kişilik, dəyanət itdi dünyadan.
Allahlıq eyləmək istədi insan,
Kişinin, qadının əsli dəyişdi.
Elə namərdlər var bəlkə Həmzə də
Qalsaydı utanıb yerə girmişdi.
Ağıllı - dəli
(Bakının 5-ci mikrorayon xatirəsi)
Köhnə məhləmizdə bir “dəli” vardı,
Hər gün eşidərdik yüksək səsini.
Küçə süpürərdi min bir şövq ilə,
Vicdanla görərdi vəzifəsini.
Quşlara daş atan dəcəl oğlanlar
Quş tək qaçardılar görünəndə o.
Bir şillə vurmuşdu qardaşıma da
Ağac budağını sındıranda o.
Bir anası vardı dünya varından
Xəstəydi, üstündə titrər, əsərdi.
Özü ac qarnına yeməyib, oğul
Anasına toyuq yedizdirərdi.
Bir gün qonum-qonşu yığışıb ona
Dedilər: ananı ver aparsınlar,
Qocalar evində yaxşı baxsınlar.
O özündən çıxdı: mən ölmüşəmmi,
Axır gününə tək baxaram özüm,
Sınsa da ayağlm, çıxsa da gözüm.
Ana ölən gündən oğul qəm çəkdi,
Taqət gətirmədi, bir neçə ayda
O da köçüb getdi ana dalınca,
Azaldı bir “ dəli” indi dünyada.
Köhnə məhlənizdə bir “dəli” vardı,
Bütün ağıllılar ona gülürdü.
Dünyanın qəribə işləri vardı,
Köhnə məhləmizdə bir “dəli” vardı.
Heyf
Ürəyim bir sınmış güzgüyə bənzər,
Orda surətin də çilik-çilikdir.
Onu sən sındırdın, ürəyimə yox,
Sənin surətinə heyifim gəlir.
Dənizə qovuşdur məni
(Sevgilisi dənizdə
işləyənlərin dilindən)
Dənizə gedirsən, məni də apar,
Apar göy dalğalar sinəsində sən.
Məni iztirabın köksündən qopar,
Boğulum o dəniz gözlərində mən.
Xəzərin səsini dinləyək birgə,
Sehirli dünyaya məni də apar.
Sularda iz salsın qoy qoşa kölgə,
Başımız üstündə yansın ulduzlar.
Dənizdən titrəyən külək səsinə
Qatım sinəmdəki haray səsimi.
Dalğalar can versin cansız qəlbimə,
Ulduzlar dinləsin nəğmələrimi.
Dənizə vurğunam, bir də ki sənə,
Dərinsən mənimçün dənizlər kimi.
Gəl son qoy, əzizim, sənsizləyimə,
Dənizsən, dənizə qovuşdur məni.
Qarpız
Səhərdən axşamacan
Yağış yağır - tərif yağışı.
Hamı tərifləyir bir-birini,
Gördüyünü, eşitdiyini,
Görmədiyini, eşitmədiyini,
Bildiyini, bilmədiyini.
Tərifləyənlər cılızlaşır,
Təriflənənlər qürrələnir,
Başlar şişir, böyüyür,
Yenə yağış yağır tərif yağışı.
Eyni sözləri eşitməkdən deyən xəstələnirəm,
Gözlərim zəifləyib,
Hara baxıramsa baş yerinə
Şişmiş qarpız görürəm.