Avanqard

Rasim Qaraca - Ra günəş deməkdir, Rasim...

18/02/2019

Ey söyüd ağacısalxımların bənzəyir saçlarına bir gözəlin,ancaq boş ver bunu, sən özün ol -qışda soyunan, yazda geyinən bu halınla sənonlardan daha gözəlsən...  *gözlərin torlaşsa bir günduzlu sularla dolanbalaca bir gölməçəyə dönsə...Bir təsəllin var yalnız bu mənzərəniüzünə vuran yağmur damlaları tamamlayacaq... *dostlar, bir az dakölgənizi kimsənin kölgəsinə qarışdırmadanyaşayın nə olar *
Pəncərə önündə udumlayıb çayımınə yerə baxıram, nə göyəbaxıram qonmağa yer axtaran o quşaBilirəm qonmaq üçün deyildi bu qanad çalmalar, sadəcə başlnğıc idi yeni bir uçuşa... *Səninçün yazıram bu şeirinə əruzda nə hecadadısəni necə düşünürəmsə sevgilim,bax o da eləcədi *Bir əlçim külək olmaq istəyir adaməsmək bir ömür boyu vıyıldamaqheç vaxt yıxılmayacaq kimi görünən bu dünyayabir az yuxarıdan baxaraq *Sevmək, elə sevmək ki,yer üzündə ikimiz qalmışıq kimi görünək... *Min illərdir döyülən bu qadındeyin, necə güclü olmasın? *İndisənin olmadığın bu yerlərdəqaranlıq qyağmur ydəniz sadəcə d-dir *Sinop virajlarındaavtobus uçuruma yuvarlanacaqbəlkə də yuvarlandı artıqiki sevgili öpüşərək keçir bu qorxunc yolu...və gözlərini açandanə görsələr yaxşıdır,qanad açmış avtobus uçur buludların arasında *Yaxınlaşıb soruşmaq istəyirəm adınısoyuqda büzüşüb dilənən bu qadınınaxı sən anasan, sevgilisənayaqlarının altındadır cənnət,yox, mən o deyiləm,20 manat idim, indisə son 20 qəpiyəm... *Eh, nə deyim axı,məni boşluq deyil,bozluq qorxudur... *Soyuq tər içində ayılıb yuxudangecənin bir aləmindədivardakı rəsm əsərinə baxıramyalnız qara kvadrat görürəm nə baş verdiyini anlamadan.küt bir ağrıyla dərk edirəm indiMaleviçi *Qazax-Ağstafa yolundasarı çiçək tarlasında qarşısına keçibonun fotosunu çəkmək istəyən bu insanafınxıraraq baxan atın gözlərindəhəm sarı çiçək tarlası əks olunubhəm də əlində əcaib makina tutmuş bu insan *Yola düşüb gedirsəncorabsız ayaqqabı geymənin verdiyi azadlıq havası var başındaüçtəkər arabasında qarşına çıxan balaca oğlanınüzündəki xoşbəxt təbəssüm də güc verir sənə...Eh, məgər bir yol tapmazmı insangeriyə dönməyəcəyini bildiyi zaman... *Ra günəş deməkdir, Rasim,məgər bu yetərli deyilmio kor yarasalara...

Digər Məqalələr