Avanqard

Ramilə Qardaşxanqızı - İntihar etmək...

28/01/2013

Gələcək…

 

 Zaman dediyin nədir ki,

 Ötən anlar,

 İtən illər?

 Bəlkə gündəlik yaşam,

 Bəlkə ürəyinin döyündüyü an?

 Bəs döyünməsə necə,

 Dayanacağ zaman?

 Sənin üçün dayanacaq amma...

 

 Zaman keçdikcə düşünürsən,

 Aldığın yaralar sağalar,

 Vurduğun yaraları unudarlar.

 Düşünürsən,

 Üzərindən illər keçir,

 Yaşlanırsan.

 Düşünərsən,

 Sənin üçün zamanın dayanması

 Ürəyinin dayanması deyil.

 Ürəyin döyünür,

 Nəfəs də alırsan.

 Sadəcə yaşamırsan...

 

 Yaşamırsan,

 Çün ki, yanılmısan.

 İllər aldadıb səni,

 Alıb əlindən gəncliyini,

 Keçmişdə qalmısan xəbərsiz.

 Saf idin bir zamanlar,

 İndi isə dəyişmisən.

 Daha çox bilirsən,

 Bicləşmisən.

 Həyatı öyrənmisən,

 İnamın itib.

 Düşünürsən,

 Unudacaqsan,

 Düşündüklərini fəqət...

 

 Zaman insanin zahirən deyil,

 Daxilən böyüməsidir.

 Yaşanan hər anı böyütməkdir.

 Acıların böyüyər onunla,

 Kədərin ağıllanar,

 Hisslərin zəkiləşər,

 Gözlərin təhsil,

 İzlərin diplom alar.

 Atdığın addımlar sayılar,

 Baxdığın nəzərlər sorular.

 Səhvlərin azalar,

 Doğruların çoxalar...

 

 Düşünərsən ki,

 Zamanla doğulan xoşbəxtlik,

 Zamansızlığda məhv olur.

 Kohnə acıları unutdurmur,

 Yeni həyat,

 Kəh-kəşan.

 Uğurların bolluğu,

 Sarımır yaralarını,

 Susdurmur üsyanını.

 Keçmiş əsla unudulmur,

 Unutdun sayar kimlərsə,

 Unudub deyər.

 Aldadar ətrafındakıları,

 Üzündəki yalançı təbəssüm,

 Ani xoşbəxlik.

 Bir yandan da,

 Yapışar boğazından,

 Boğar səni gələcək...

 Boğar səni gələcək...

 



Ölümün özündən belə...

 

Özümü hisslərimdən,

duyğularımdan,

düşüncələrimdən...

Beynimi silkələyən saat səsindən,

əqrəblərindən,

dəqiqələrindən,

saniyəsindən...

 

Ömrümün hər anından,

yaşananlardan,

yaşamaq istədiklərimdən,

bezib qaçdıqlarımdan,

məni atıb qaçanlardan...

 

Aylardan,

illərdən,

günlərdən...

 

Təbiət rənglərindən,

Mövsümlərdən,

fəsillərdən...

 

Keçmişimdən,

bu günümdən,

sabahımdan,

bəlirsiz gələcəyə vəd verən ümüdlərimdən...

 

İndicə qarşımda dayanan ağ varaqlardan,

onlara tökülən qara, çirkli boyadan,

əllərimdən,

gözlərimdən...

 

Qələmə sarıldığım hər andan,

içimi boşaltdığım hər misradan,

sızıltıma dözən hər sətirdən,

və sətirləri oxuyan hər baxışdan...

 

Ölümün özündən belə bezib,

Ürəyimin hər küncündə asmaq istəyirəm özümü.

İntihar etmək...

Digər Məqalələr