Avanqard

Ramilə Qardaşxanqızı - Deyin dünya ölüb

25/04/2014
















Elə-belə heç nə olmur əzizim,
Ovcundaki o nədirsə səbəbdir
Var sayarsan, sonra görərsən yoxmuş
Anlamarsan, baş açmarsan nə dərddir.
 
Gedən kimsə getməlidir, əl eylə,
Sənə gələn kədərdisə qucaqla
İstəsəndə istəməsəndə gəlib,
Əlac nədir, nə qədər desən ağla.
 
Zəmanədir, vaxtır, saatır təqvim
Daha nədir adı, bilmirəm inan.
Mən ömrümün sol tərəfin tutmuşam
Orda da qaçtuttu oynayır zaman.
 
Qaraca qız, adın olsaydı Ağca
Ağıl boşdur, şansın olardı bolca.
Əl tutanın, dada yetənin olardı
Saman altdan su yerutsən usulluca.
 
İndi kimdir haqqa haqqını verən
Kimdi sənə can deyən, canan deyən
Əl atarsan siçan qaçar cibindən
Heç bilmərsən hanı ömrünü yeyən.
 
Hürküdün öküzü zəlzələ olsun
Bu dünya nədirki nə də şux dursun.
Ay ellər anamın qadasın alım
Deyin dünya ölüb, bir məclis qursun.

 
24.04.2014

Digər Məqalələr