Avanqard

Ramil Əhməd - Bir səhər…

11/12/2012

Gözünün gördüyü uzaqlığacanheç kim və heç nə sənin deyil.

Fikirləşərsən,

bəs mən kimin nəyiyəm?..

 

Dünyanın

kosmosdan çəkilmiş

şəklinə baxanda böyükdü,sığınmağa bir yerin olmayanda

anlayırsan ki,

dünya üstündə dayandığın

ikicə ayaq ölçüsü boydadı...

 

Bir səhər ayılıb,

qucaqladığın yastıqda

göz yaşlarını görəndəbaşa düşərsən ki,

sevgisiz yaşamaq çətindi, ağırdı…

 

Özünü sevməyə  başlayarsan.

Saçlarına sığal çəkməzsən,dolabdakı paltarların sənin üçün

xüsusi əhəmiyyəti olmaz,

şalvarın ütüsüz,köynəyin qırış-qırış,nolsun?Nə vecinədi…

Axı sən özünü belə də sevirsən...


Avanqard.net

Digər Məqalələr