Qismət - Susmaq dərsi
07/03/2013
Dodaqları varıydı əl-barmaq izi...
Unutmağa aparıb
hərfləri öyrətdilər.
Yer qalmadı həyata...
Unutmaq danışdı lövhələr önündə,
qiymətləri yazıldı...
Təbaşirlə pozdu, silgiylə yazdı gələcəyini.
Sıfır vur sıfır cavab susmaq.
Get-gedə müəllimlərinə bənzədi dodaqları.
Nyuton səsli kitablar CAZİBƏ QÜVVƏSİ çığıranda,
köhnə paltar qutusunda
naftalin udmağa başladı uçmaq arzusu...
Adam oldu, adam
vurma cədvəli tək əzbərlədi susmağı.
İndi istəyirsən gecəyarı oyadıb soruş :
\"necə olacaq ?\"
oyanıb gözlərini ovuşdurucaq :
susacaq,
susacaq,
susacaq...
Unutmağa aparıb
hərfləri öyrətdilər.
Yer qalmadı həyata...
Unutmaq danışdı lövhələr önündə,
qiymətləri yazıldı...
Təbaşirlə pozdu, silgiylə yazdı gələcəyini.
Sıfır vur sıfır cavab susmaq.
Get-gedə müəllimlərinə bənzədi dodaqları.
Nyuton səsli kitablar CAZİBƏ QÜVVƏSİ çığıranda,
köhnə paltar qutusunda
naftalin udmağa başladı uçmaq arzusu...
Adam oldu, adam
vurma cədvəli tək əzbərlədi susmağı.
İndi istəyirsən gecəyarı oyadıb soruş :
\"necə olacaq ?\"
oyanıb gözlərini ovuşdurucaq :
susacaq,
susacaq,
susacaq...