Avanqard

Qalib Şəfahət - Bir qadın gözəlliyinə tuş gəlməkdən qorxmuram

16/07/2014












QORXMURAM


Bir qadın gözəlliyinə
tuş gəlməkdən
qorxmuram.
Çox uzaqlara apara məni...
əvvəlcə divlə əylişəm,
sonra döyüşəm,
axırda
divin canı olan şüşəni sındıram.
Sonrasını bilmirəm,
Qaranlıq dünyaya düşəcəm
Yoxsa
Işıqlı dünyaya.
Nə ağ qoç gəlib,
Nə də qara qoç.
Hələ də gözləyirəm...
gərək
qaranlığa şam yandıram.



AYAQ-BAŞ


Başım cavab verə bilmir,
Ayaqlarımın əzablarına.
Ağlım çaşıb qalıb,
Çəkilib bir tərəfə.
Qorxur ,
ayaq altda qala tapdana.
Ayaqlarım başımdan qabağa düşmüşdü.
Başım boşluqdan
Başladı əl-qolunu oynatmağa.
Elə bil,
 ayaqlarım bunu top oynatmağa aparır.
Ayaqlarım daş-kəsəkdən keçəndə,
Başım başladı yerində yırğalanmağa.
Başımı qatdı ağlım,
Başımdan keçməyən yol ayağımdan keçdi.
Ayaqlarım ağrıyıb sızıldadıqca,
Başladı başım ağrımağa.
Hər günahı yazdı ayağımın ayağına,
Ayağımın ağrısı keçdi başıma.
Ayaq izlərimə başım çavabdehdı,
Hər şey olub baş-ayaq.
Ayaqlarım ayaqyalın qaldı,
Ağlım başsız,
Çəkir cəzasını…

15.07.14

Digər Məqalələr