Qalib Cəlil - Kafka öldü, Nitsşe öldü...
09/06/2015
Avanqard.net gənc yazar Qalib Cəlilin \"Qatil\" şeirini təqdim edir.
Yatağımda qatil izləri
qan seli gedir.
Qatilin öldürdüyü dahi mələyi
Bəlkə o, Kafkadı,
Bəlkə də, Nitsşe.
Mən bilmirəm kimdi o,
daxilimdəki şeytandı.
sərbəstlik qatilin şeytanındadı.
qatil pəncərədən daxil olur,
otaqda yalnız qalan
bədbəxt qadın və ya kişi
əlindəki bıçağı əvvəlcə silir,
sonra da yavaşca qarnına
14 bıçaq xəsarəti yetirir.
Qan seli gedir.
qatilin öldürdüyü o dahi mələk
içimdəki insan sevgisini
o öldürdü axı.
Sən qatilsən qatil.
Ürəyimdə yara basan o qatil
damarında şəhid qanı axan o qatil.
Kafka öldü, Nitsşe öldü...
ölən axırda Mənəm...
o qatili öldürəndə
elə mən özüməm...
Yatağımda qatil izləri
qan seli gedir.
Qatilin öldürdüyü dahi mələyi
Bəlkə o, Kafkadı,
Bəlkə də, Nitsşe.
Mən bilmirəm kimdi o,
daxilimdəki şeytandı.
sərbəstlik qatilin şeytanındadı.
qatil pəncərədən daxil olur,
otaqda yalnız qalan
bədbəxt qadın və ya kişi
əlindəki bıçağı əvvəlcə silir,
sonra da yavaşca qarnına
14 bıçaq xəsarəti yetirir.
Qan seli gedir.
qatilin öldürdüyü o dahi mələk
içimdəki insan sevgisini
o öldürdü axı.
Sən qatilsən qatil.
Ürəyimdə yara basan o qatil
damarında şəhid qanı axan o qatil.
Kafka öldü, Nitsşe öldü...
ölən axırda Mənəm...
o qatili öldürəndə
elə mən özüməm...