Nərmin Kamal - Gördüm mavi havada sərxoş aşiqlər...
04/08/2021
Avanqard.net şair, esseist, yazıçı Nərmin Kamalın yeni şeirlərini təqdim edir.
Yeni Klinika
atam ayaqqabı fabrikində işləyirdianam qısqanırdı onu bütün qadınlaraən çox da həkiminə fabrikin
bəzən alma, pirojna götürüb anam,əlimdən tuturdu, ora gedirdik,amma içəri girmir,ağaclıqda gizlənirdik
mən orda yeyirdim özümçünpavidlalı pirojna, alma,anam baxırdı fabrikə, deyirdi -aha, indi çıxacaq atan bir qadınla
atamsa tək çıxırdı,kişilərlə çıxırdı,bəzən də çıxmırdı
O niyə sənin halına qalır?!Nə qədər həkimə gedirsən?!Gündə təzyiq ölçdürürsən?!evimizin adi sözü-söhbətiydio fabrik anamın gözündə o həkimdi
göstərə bilmədi atamo qadınla heç bir işi yoxdu,anam göstərə bilmədi var,savaşa-savaşa, dalaşa-dalaşa ayrıldı onlarunutdular bir-birini,ya da unutmadılar
indi böyük qızambaxıram şəhər böyüyübayaqqabı fabriki olub Yeni Klinikahəmin ağaclıqdı, həmin binaelə bil şişib o həkim, böyüyüb olub klinika,elə bil artıb törəyib, qarnından çoxlu həkimlər çıxıb,sehrli çubuğuyla o qadınsexləri palatalara, dəzgahları “UZİ”lərə döndərib,O fabrik necə ki anamın gözündə həkimdi,Elə də olub böyük bir həkim.
Sərdabə
Öləndən sonra daindiki evimdə yaşamaq istərdimgüllərimi suvarardım səhərlər,muncuq düzərdim günortalar,girlənərdim o yana, bu yanadarıxmazdım tək başıma axşamlar.
Öləndən sonra daindiki kimi yaşayardım,çıxmazdım bayıra, bacağa,ürkütməzdim diriləri ölü canımlasöz verərdim kimsə bu işin sahibi, Ona,pəncərəni də açmaz, boylanmazdım bir yana.
Madam ki ölüyəm, özümü aparardım ölü kimi,nə yeməkdə olardı gözüm, nə eyş-işrətdəqalardım evimdə - sanki qəbirdənə fərqi, ya torpağın altında, ya üstündə.
Öldümmü, mismarlardınız qapımı çalın-çarpaz,gedərdiniz, lütfən,sakitcə qalardım min il, milyon il bu evdə,min il, milyon il bu evdə.
Peşmanlıq
Sən əvvəl qoymurdun sevəm səni,Necə ki, dirilərin yuxusuna girən bəzi ölülər“qayıt” deyirlər, “hələ cavansan”
Əl çəkmirdim mən,Gedək, gedək – deyirdim, apar,məni də özünlə apar
Sonra sən yaman bir ölütək gəldin“hələ cavansan, qayıt” demədin, “tezdi” demədin,demədin “səni evdə gözləyirlər”,“Gəl” – dedin, “gedək mənimlə”
Getdim səninlə əl-ələ, süzdüm işıq dəhlizindədöndü başım özgə eynəyindən baxanadünya necə bulanırsa elə
Düşdüm sənin diyarına, düşən kimi peşmanladımSən əslində beləymişsənbeləymiş sərhədin o üzü. Vurnuxdum
torda balıq tək vurnuxdumgördüm mavi havada sərxoş aşiqlərünvan sorar tək keçdim qabaqlarınadedim, necə dönüm geri, necə çıxım burdan?necə atım başımdan bu eşqi?Əsnədilər əlləri ağızlarında:“Heüç neüücə”, “Heüç neücə”.
Çörək
Arxadan təlaşla çağırdılar məni:- Çörək al!!!Çörəkmi? Nə yaxşı!başqa söz də ola bilərdibu təlaşın yanınca
Nə yaxşı, kimsə ölməyib,dostlardan, qohumlardanpişik də düşməyib eyvandan
Dava başlamayıb təzədən,bombalanmayacaq şəhər bir azdan
Nə yaxşı gəlib qovan yoxdu komamızdanBu şəhər bizimdi, qaçın deyən yoxdu
Kəsməyiblər kiminsə başınıÖldürüb yandırmayıblar bir tanışı
Sadəcə bir çörək, nə yaxşı,Gələndə alacam, alacam gələndə.
Hanı?
Ərimin babası komaya düşcəkyığdım şeylərini qara torbayaatdım məhləmizin zibilqabına
Üçmü ay keçdi, beşmi, sağaldı baba,qayıtdı xərəklə çıxdığı evəöz ayağıyla
Dedi hanı mənim protez dişlərim?Hanı kəmərim?Hanı mayka-tumanım?Hanı üzqırxanım?Hanı ayaqqabılarım?Hanı mənim eynəyim?Hanı ətirim?Hanı mil-mil köynəyim?
/Kulis.az/