Avanqard

Namiq Bayramov - Lap bezdim bu avtobusdan

26/04/2013

Avtobusda, basabasda...
Biri minir, biri düşür,Avtobusa.
Avtobus var yolu qısa.o şahiddir,bir-birini əvəz edən basabasa.
Avtobus var yolu uzun,basabas da orda olur,daha uzun.
Basabasdagah üzündə,gah alnında, gah da ki, peysərindəinsan nəfəsi...
Qulağında,bir-birini əvəz edən fərqli səslər...
Camaatı avtobusa,avtobusda olanları isə“mehriban” olmağa səsləyənkonduktorun zəhlətökən səsi...
Sürücünün maqnitofonundan yüksələn,bayağı mahnı səsi...
Qulağında,həm də yanında dayanan adamın,qulaqcığından yüksələn,hər tip manıs səsi...
Burda hava da fərqlidir...azotu, karbonu bol hava,imkan vermir nəfəs almağa...
İmkan vermir nəfəs almağa,süzmənin, pendirin, tərin,bəzən də,zərif sayılan ətirlərin,bir-birinə qarışaraq yaratdığı“Ətir zəhəri”nin iyi...
Avtobusda oturacaq var,süngəri cırıq-cırıq.Axı onu xaricdən1 il öncə almışıq!...
Avtobusda,Mışıl-mışıl mışıldayır cavanlar,Ya doğrudan, ya yalandan,Yorğunluqdan...
Onların başı üstündə,Ayaq üstə güclə durur,Qocalar, qadınlar, qızlar,Ya doğrudan, ya yalandanYorğunluqdan...
Çox hallar var avtobusdaYazmaqla bitirmək olmur.Çox sıxıldım basabasda,Yox, belə yaşamaq olmur.Gərək gedib maşın alam,Lap bezdim bu avtobusdan!
07 dekabr 2010.Bakı.

Damla
Hər bir günü əridirik  damla-damla  bu dünyada...Yaşayırıq,  yaradırıq, öyrənirik,  öyrədirik,Damla-damla bu dünyada...
Bəzən sevib sevilirik, Xoşbəxt anlar yaşayırıq, Damla-damla bu dünyada...
Damla-damla biz görürük, hər xoş günü,  hər xoş işi,Qərbədir bu dünyanın  bu gərdişi...Özümüzü biz yamanca aldadırıq...
Pisliklərə dəniz yetməz, dərya yetməz,Yaxşıları bir damlaya sığdırırıq...
Həyat – damla!Yaşam – damla!Yaranışdan ölümədək, hər şey damla!Ölənə də ağlayırıq, yalan-gerçək damla-damla!
Sevgimizi sığdırırıq Bir qızılgül dəstəsinə,Hər bir gülün üzərində Qərar tutub yalan-gerçək, neçə damla...
İnsan oğlu, yaranışın tək bir damla,Sonra isə böyüyürsən damla-damla.Böyüdükcə hər bir şeyi  qazanırsan, damla-damlaYaşayırsan,  yaradırsan, damla-damlaÖz haqqını tələb edirsən,  alırsan. Ala bilsən, damla-damla
Bəzən olur boynuyoğun birisinin ürəyinə yatmayırsan...Fərqi olmur onun üçün, sən haqsızsan, ya haqlısan...Yubanmadan yanındakı, İnsan cildli tulasına  deyir:  tez ol,  bunu damla!
Yetişəndə son anların,Yapışırsan yaradanın ətəyindən,Dua edib yalvarırsan,İstəyirsən bir az da çox yaşayasan, heç olmasa bircə damla...
İnsan budur...Həyatının hər bir anı bircə damla,Bu damlanı heçdən sayır,Həyatı topdan yaşayır...
Yaşadıqca görür ki, heç  yaşamayıb,Ömründəki damlalardan xəbəri belə olmayıb...
Məqam gəlib yetişəndəAyılıb ki,  insan kimi ömür belə yaşamayıb.Yaşadığı həyat isə,  100 il sürsə belə yenə bircə damla...
13 oktyabr 2013Bakı 

Digər Məqalələr