Avanqard

Məmməd Şərif - El dərdini ürəyinnən boşaltma

21/02/2017

Güney Poeziyası















Doğranırız
Parçalanırız
Biçilməğ için
Heç olmağ için

‘Ərdəbil’li güyənir özünə
‘Təbriz’dən ayrı düşdüğünə

Axı ‘İstismar’ı sözcüktən artıq anlamayıb ki
Çılpaqla çapılmışlar ara, ilgi qatmayıb ki
Düzü əyridən ayırmayıb ki!

‘Astara’, ‘Ərdəbil’, ‘Muğan’, ‘Təbriz’
Bir zaman bir bölgə idi
Bir birinə kölgə idi
Kim deyir indiki tək özgə idi?
Göz görəri düşmən idi!

Baş baxanlar
Bir qardaşa qılınc verdilər, vır dedilər
Bir qardaşa boyun əyməsin örgəttilər
Damar qırılmadı, qan axmadı
Ancaq ürəklər ara kinə yarandı
Bu siyasət tülküdən ilham alındı
Bu günə kimi, sülhün ağ bayrağı
Kinə otunda yandı qaraldı

İtə allanıb itə tapşırıldı obamız
Anladığımız vəfalı iticək
Olmadı hürən ərbabımız

Dəyişixliq saldıq nə qimətə?
Dəyişixliq saldıq dəyişilsin əqidə!
Ama dəyişixliq gördük nəyində?

D...
B...
B...
M...
... Susmaq lazim
Məmməd Şərif hər söz ağzın sən açma
El dərdini ürəyinnən boşaltma

Digər Məqalələr