Mehman Qaraxanoğlu - Kişi ayaqlarının arasında...
14/02/2014
Tablo
Pəncərədən baxırsan
Qarşında çay
Buğlanan çayın buğu
Açıq yaxandan axır aşağı
Düymələrin şişmiş ovurdlarmı -
Sözlü adamlara oxşayır onlar
Yığılıb saçların
Fəqət bir tel
Yalamağa hazırlaşır donunun ətəklərini
Rəqs eylə
Ey qadın
Ey yarpağı üstündə olan
Alma
Armud
Rəqs eylə
Əllərin
Təzə-tər şivdi
Rəqs eylə
Gövdən
Ağac gövdəsi
Rəqs eylə
Donunun qırışları –
Köklər
Rəqs eylə
Model
Ey qadın
Ey rəssam qarşısında oturan
Çılpaq model
Əllərinə de
Dizlərinin arxasınca getməsin
Onsuz da
Belə vaxtlarda
Unutqan olur dizlər
Ayaqlarına de
Soyunsun getdiyi məsafələri
Və onları hara gəldi atmasın
Metamorfoza
Ey kresloya oturan
Çılpaq qadın
Mən sənin əzalarının yerini dəyişirəm
Döşlərini ovcuna,
Gözlərini
Onların yerinə qoyuram
Dodaqlarını
O zərif ayaqlarınla dəyişirəm
Və ovucların
Ən qədim zamanla dolur
Daha gözəl görür sinən...
Ayaqların danışır...
Ey tufan
Qayıqda qadın
Adəmdi
Həvvadı
Nuhdu
Əllərində avar
Kişi müqəvvasıdı
Başını suya salıb çıxarır
Ey lal suları
Kişi başıyla yaran
Ey lal suları
Kişi diliylə danışdıran qadın
Ey tufan
Burnun
Gövdən
Sinən
Ağrımızda
Bizsə səndə batırıq
Ey qadın
Eheyy...
Ey kişiyə sarılan qadın
İki gözün
Pırr eyləyib uçdu üzündən
Görmədinmi
Əllərini öz əlinlə
Asdın kişi boynundan
Boğdun əllərini
Sezmədinmi
Ayaqlarını dəfn etdin
Kişi ayaqlarının arasında
O boş
O mənasız ərazidə
Doymadınmı
Yazı
Ey
Başım üstə
Dövrə vuran qadın
Mən səni
Enməyə qoymuram
Guya mən
Yazı adamıyam
Guya
Belə yazılıb yazı
Misralarım
Enmə zolağının
Dümdüz xətləri
Guya sən bura ensən
Pozulacaq bu xətlər
Qırılacaq
Böyrümə qısıla-qısıla
Üzümə qımışan
İlham pərimin qanadları
Və sən
Bunları bilə-bilə
Daha çox fırlanırsan başıma
Ey qadın
Avanqard.net
Pəncərədən baxırsan
Qarşında çay
Buğlanan çayın buğu
Açıq yaxandan axır aşağı
Düymələrin şişmiş ovurdlarmı -
Sözlü adamlara oxşayır onlar
Yığılıb saçların
Fəqət bir tel
Yalamağa hazırlaşır donunun ətəklərini
Rəqs eylə
Ey qadın
Ey yarpağı üstündə olan
Alma
Armud
Rəqs eylə
Əllərin
Təzə-tər şivdi
Rəqs eylə
Gövdən
Ağac gövdəsi
Rəqs eylə
Donunun qırışları –
Köklər
Rəqs eylə
Model
Ey qadın
Ey rəssam qarşısında oturan
Çılpaq model
Əllərinə de
Dizlərinin arxasınca getməsin
Onsuz da
Belə vaxtlarda
Unutqan olur dizlər
Ayaqlarına de
Soyunsun getdiyi məsafələri
Və onları hara gəldi atmasın
Metamorfoza
Ey kresloya oturan
Çılpaq qadın
Mən sənin əzalarının yerini dəyişirəm
Döşlərini ovcuna,
Gözlərini
Onların yerinə qoyuram
Dodaqlarını
O zərif ayaqlarınla dəyişirəm
Və ovucların
Ən qədim zamanla dolur
Daha gözəl görür sinən...
Ayaqların danışır...
Ey tufan
Qayıqda qadın
Adəmdi
Həvvadı
Nuhdu
Əllərində avar
Kişi müqəvvasıdı
Başını suya salıb çıxarır
Ey lal suları
Kişi başıyla yaran
Ey lal suları
Kişi diliylə danışdıran qadın
Ey tufan
Burnun
Gövdən
Sinən
Ağrımızda
Bizsə səndə batırıq
Ey qadın
Eheyy...
Ey kişiyə sarılan qadın
İki gözün
Pırr eyləyib uçdu üzündən
Görmədinmi
Əllərini öz əlinlə
Asdın kişi boynundan
Boğdun əllərini
Sezmədinmi
Ayaqlarını dəfn etdin
Kişi ayaqlarının arasında
O boş
O mənasız ərazidə
Doymadınmı
Yazı
Ey
Başım üstə
Dövrə vuran qadın
Mən səni
Enməyə qoymuram
Guya mən
Yazı adamıyam
Guya
Belə yazılıb yazı
Misralarım
Enmə zolağının
Dümdüz xətləri
Guya sən bura ensən
Pozulacaq bu xətlər
Qırılacaq
Böyrümə qısıla-qısıla
Üzümə qımışan
İlham pərimin qanadları
Və sən
Bunları bilə-bilə
Daha çox fırlanırsan başıma
Ey qadın
Avanqard.net