Mahir Mehdi - Bizim sevgimiz demə, bu yatağa qədərmiş...
11/10/2013
sərnişinsiz qataram,
yolundan çıxmış yolam.
hələ də boşluğunu
doldurmaqla məşğulam....
bizim gecə bildiyimiz,
yağmurlu səhər imiş...
bizim sevgimiz demə,
bu yatağa qədərmiş...
hamıda səni gördüm,
inandım çoxluğuna.
bu gecə seçim etdim,
səs verdim yoxluğuna....