Leyla Namzova - Ehtirasım bürüyüb urəyimi mənim
28/01/2013
Etiraf edirəm ki sevirəm səni
Ehtirasım bürüyüb bu urəyimi mənim
Daima fəryad qoparıb içimdə üsyan edir,
Qışqırıb istəyir ancaq səni həmişə hər an.
Hamıya car çəkib demək istəyir ki o,
Sevirəm, istəyirəm, aşiqəm sənə.
Utanmadan deyirəm sevirəm səni
Goy bütün aləm duysun bu hisslərimi,
Təmənnasız minnətsiz təmiz sevgimi.
Saf niyyətli məhəbəttim sənindi canım, sənin
O sevgi sənə qurbandı hisslərimlə birlikdə.
Sənin oduna yanan, həsrətinlə yaşayan
Özünü sənin üçün fəda etmək istəyən,
O yeganə insan mənəm tək səninçün yaşayan.
Sənə sevirəm desəm mən, nə edərsən o zaman
Hisslərimi qarşılıqlı edə biləcəkmisən
O sevirəm sözünü deyə biləcəkmisən.
Bu Qərib şəhərdə görüşdük bir gün
Bu Qərib şəhərdə görüşdük bir gün
Bu görüş həyatıma dərin iz saldı.
Yuxuya bənzərmiş sanki o görüş
Xəyalımda canlandıran o gözəl görüş,
Möhtəşəm anlar sevincli oldu.
Sənin həsrətinlə yaşamışam mən
Özümə təsəli verib inanırdım görüşə
Nəhayət istəyimə gəlib çatdım axırki,
Bu an yetişdi axırda, neçə illərdən sonra
Sevinmək, gülmək ağlamaq bilmədim nə edim mən.
Gözlər gözlərə baxdı sevirəm sözü dedi
Ehtiras, sevgi, məhəbbət o gözlərdə bol idi,
O gözlərim alışırdı sevincdən, həyacandan
Gözlərimdən oxudun o saf təmiz hissləri...
Həyacandan ürəyim döyünürdü sürətlə
O ürəyin dibində sənin yerin çox dərin,
Dilimdə sənin adın həkk olunub ömürlük.
Titrədi əllərim soyuqdan yəqin
Böyük həyacan hissi bürümüşdü canımı,
Dilim deyir sevirəm heç nəyi gizlətmədən
Daha sənə bu sirri açmaq istəyirəm mən.
Sənə olan hisslərimi sənə demək istərəm
Artıq vaxtdı bütün kartlar açılmalıdı indi.
Bu sevginin tarixini sənə açıq danışmaq,
Duyğuları hisslərimi sənə aşkar bildirmək
Dedim bəlkə səndə məni anlayarsan duyarsan,
Hisslərimi hifz edib qarşılıqlı edərsən.
Səni dünyalar gədər sevmək nə gədərdə xoş imiş
Böyük fəxrlə deyirəm səni sevdiyimi mən.
Qəbahətsiz, saf təmiz sevdim səni sevgilim
Sənə sevgili demək mənim üçün şərəfdi
Mənim könlüm tək sənin, sənin olmaq istəyir.
Ruhum pərişan olur səsini eşidəndə,
Ürəyim aşıb daşır adın gələndə sənin.
Məst oluram hər an səni görəndə və duyanda
Arzum budur səndə mənim o hisslərimi görüb,
Qarşılıqlı təmənnasız bölüşəsən mənimlə.
Ən uca bir hiss kimi baxasan bu sevgimə
Bircə dəfə də olsa sevirəm desən mənə,
O an ən xoşbəxt insan dünyada olaram mən.