Kurchaylı Məmmədov - Sən çatmırsan yanımda
12/04/2013
***
Bilirsən nə ağırdı,
Səni burda düşünmək?
Gündüzləri tək qalmaq,
Gecələri üşümək.
Yenə də yarımçığam,
Sən çatmırsan yanımda.
Səndən bir ağrı düşüb,
Gəzir, gəzir canımda.
Bilirsənmi unutmaq,
Mümkün deyil dünəni.
Görən indi hardasan,
Harda axtarım səni?
Gözlədim səadəti,
O səadət yubandı.
Elə cıxıb getmisən,
Qayıtmağın gümandı…
Belə qəfil adamı
Unutmazlar, atmazlar.
İndi sənə bənzəyir,
Şəhərdə bütün qızlar.
Bilirsənmi necədir
Tənha qalmağın dadı?
Yox, bu mən deyiləm ki,
Üstumdə sənin adın...
27.02.2013
***
Unudulmaqdan gələnləri qarşılamır kimsə,
Kimsə üstündəki xatirələri çırpmır
unudulmaqdan qayıdanların...
Həyatdı deyib keçirlər
amansızcasına,
zaman sağaldacaq bütün yaraları guya...
Nağıllar uşaqlıqda şirin idi,
uşaqlıqda,
ağ qoç ağ dünyanın yolunu çoxdan unudub,
Allah bilir neçənci yuxudadı Məlikməmməd.
Göydən üç alma da düşür daha
bir yetim sevindirəsən
unudulmaqdan qayıdandan sonra...
15.03.2013
***
Söykənib yoxluğuna
yazdığın məktubları
oxuyuram birbəbir.
Sənsiz olan gecələr
bütün yuxularımı
yozuram sola, sağa,
Heç biri sən eləmir,
Heç biri sən eləmir...
17.02.2013
***
Sənin üçünmüş demə,
sənin üçünmüş gecələr,
darıxmaq adlı anlayış,
ayrılıq adlı yaşamaq,
ölüm adlı həyat...
03.02.2013, Salyan
Bilirsən nə ağırdı,
Səni burda düşünmək?
Gündüzləri tək qalmaq,
Gecələri üşümək.
Yenə də yarımçığam,
Sən çatmırsan yanımda.
Səndən bir ağrı düşüb,
Gəzir, gəzir canımda.
Bilirsənmi unutmaq,
Mümkün deyil dünəni.
Görən indi hardasan,
Harda axtarım səni?
Gözlədim səadəti,
O səadət yubandı.
Elə cıxıb getmisən,
Qayıtmağın gümandı…
Belə qəfil adamı
Unutmazlar, atmazlar.
İndi sənə bənzəyir,
Şəhərdə bütün qızlar.
Bilirsənmi necədir
Tənha qalmağın dadı?
Yox, bu mən deyiləm ki,
Üstumdə sənin adın...
27.02.2013
***
Unudulmaqdan gələnləri qarşılamır kimsə,
Kimsə üstündəki xatirələri çırpmır
unudulmaqdan qayıdanların...
Həyatdı deyib keçirlər
amansızcasına,
zaman sağaldacaq bütün yaraları guya...
Nağıllar uşaqlıqda şirin idi,
uşaqlıqda,
ağ qoç ağ dünyanın yolunu çoxdan unudub,
Allah bilir neçənci yuxudadı Məlikməmməd.
Göydən üç alma da düşür daha
bir yetim sevindirəsən
unudulmaqdan qayıdandan sonra...
15.03.2013
***
Söykənib yoxluğuna
yazdığın məktubları
oxuyuram birbəbir.
Sənsiz olan gecələr
bütün yuxularımı
yozuram sola, sağa,
Heç biri sən eləmir,
Heç biri sən eləmir...
17.02.2013
***
Sənin üçünmüş demə,
sənin üçünmüş gecələr,
darıxmaq adlı anlayış,
ayrılıq adlı yaşamaq,
ölüm adlı həyat...
03.02.2013, Salyan