Avanqard

Kürçaylı Məmmədəov - Şeirlər

30/01/2013









***

Daha baxma,

Yollar yoruldu baxışlarının ağırlığından...

Gedəni qaytarmazlar,

Əgər özü qayıtmasa...

Qayıdacaq adlı ümidə bürün bir az,

Bir az da qayıtmayacaq qorxusuna...

Xoşbəxt ola bilmədinsə,

Bədbəxtlikdə özünü sına...

Bax gör nə çəkir,

Hər bahar geriyə qayıtmayan quşların

bumbuz yuvaları...

 

 

***

Sən heç

tənhalığın nə olduğunu bildinmi?

Bomboş skamyalardakı boyatlaşan öpüşlər,

Qaranlıq küçələrdəki

xatirə dolu görüşlər,

Gecə işıqlarının kimsəsizliyi,

Sahillərin adamsızlığı…

Sonuncu metro qatarının

vaqonları qədərdi tənhalıq.

Bir də sənə qədər uzanan yollar,

Sənə uzanan qollar qədərdi...

Sən heç tənhalığın nə olduğunu bildinmi?..

 

Digər Məqalələr