Avanqard

Kənan Hacı - Havalar yox, adamlar soyuyanda canı ağrıyır adamın

05/11/2014

Avanqard.net Kənan Hacının \"Günahdan qorxma\" şeirini təqdim edir.















Günah heç vaxt köhnəlmir,
həmişə təzə qalır fani ömürdə,
arxasınca səpilir insanın
ayaq izləri kimi,
xoşlamadığı adam kimi
hər fürsətdə çıxır qarşına,
su qatır isti aşına,
qocalmır, çürümür,
ərimir, azalmır, yox olmur,
qəlpə kimi qalır canında,
havalar yox, adamlar soyuyanda
canı ağrıyır adamın,
günah həyatın şərtidi,
bu fani ömürdə
bütün günahlar şərtidi,
günah həqiqətə yalandan
bir köynək yaxındı,
qorxma günahdan, əzizim,
sıx onu köksünə,
o günah sənin heç vaxt qocalmayan
həqiqətindi... 

Digər Məqalələr