İlqar Fəhmi - Bəlkə Həvva da o vaxt Fəhmi kimi şair olub
20/05/2013
Qəzəl
Mən ki öz şe’rimə bükdüm qəmi misra-misraQəm də şe’rimlə gəzir aləmi misra-misra.
Dərdimi bildi təbibim, mənə bir şe’r oxuduSanki çəkdi yarama məlhəmi misra-misra.
Qələmimlə yığıram düzmək üçün ağ kağızaGül yanaqlarda donan şəbnəmi misra-misra.
En səmadən mələyim ki səni vəsf etmək iləDağıdım qəlbə dolan matəmi misra-misra.
Yazılır dəftəri-eşqə ürəyim qanı iləÖmrümün sənsiz ötən hər dəmi misra-misra.
Sevmişəm bir gülü ki varlığa bir incə qəzəlNazı beyt-beyt eliyir, çəm-xəmi misra-misra.
Bəlkə Həvva da o vaxt Fəhmi kimi şair olubYə’ni yoldan çıxarıb Adəmi misra-misra.