İki beynəlxalq Türk təşkilatı bir arada
29/12/2022
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstana rəsmi səfəri çərçivəsində Beynəlxalq Türk Akademiyasını ziyarət edib və təşkilatın yeni təyin olunmuş prezidenti Şahin Mustafayevlə görüşüb.
Görüşdətürk xalqlarının qədim tarixə söykənən dostluq və qardaşlıq bağlarından, müasir dövrdə qarşılıqlı münasibətlərindən bəhs olunub. Türk dövlətlərinin hərtərəfli əməkdaşlığınıninkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Tərəflər Türk Dünyasında inteqrasiya proseslərinin gücləndirilməsi yönündə Türk Əməkdaşlıq Təşkilatlarının roluna və fəaliyyətlərinə diqqəti çəkərək, rəhbərlik etdikləri təşkilatlar arasında tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində birgə atılacaq addımları dəyərləndiriblər.
Görüş Fond və Akademiya arasında əməkdaşlığın genişləndirilməsinin gələcək perspektivləri ətrafında fikir mübadilələri ilə davam edib.

Digər Məqalələr
2025-10-16 22:05:37
“Əhməd Ağaoğlu və türk dünyası” konfransının materialları nəşr edilib
2025-10-12 21:52:02
İstanbulda Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin barelyefi açılıb