Hədiyyə Şəfaqət - Qar yağırmış ağ qızılgüllərin üstünə
02/11/2015
Avanqard.net Hədiyyə Şəfaqətin yeni şeirlərini təqdim edir.
-1-
İlin beşinci fəslində, on üçüncü ayında
Ayın otuz ikisində, həftənin səkkizinci günü
Sutkanın iyirmi beşinci saatı, altmış birinci saatında
Altmış ikinci dəqiqəsində,
Sıfırıncı saniyəsində
Xoşbəxtmişəm...
Bundan bir an əvvəlsə
Doğulmuşammış...
Qar yağırmış ağ qızılgüllərin üstünə,
Eyvanımızda qaranquş balasını yemləyirmiş
Pəncərəyə toxunurmuş alma ağaclarının çiçəkləri
Atamın əlləri donurmuş anamın qızdırmalı əllərində...
Bir ağ atlı qoca görünübmüş
Bundan bir gün əvvəlsə həyətimizdə
Bir bardaq su içibmiş
Uzun saçı bir qızdan-məndən istəyib...
Sonra demişmiş ki,
\"Günün ağ olsun\"...
Bir qaraçı qadın gəlibmiş bulaq başına, bir ay əvvəl
Nənəm,
Torpağa tapşırılmasından xeyli sonraymış,
Qırışmış ovcunu açıb uzadıbmış hamıdan qabaq
Gülübmüş qaraçı -
\"Haydı qarı, bu nə həvəs?\"...
Ömür xətlərinin sonunu tapmayanda böyüyübmüş gözləri
Qaçıb gedibmiş -
\"Uzaq olsun, uzaq olsun\"- deyə-deyə...
...Bir an əvvəl mən doğulmuşammış
Xoşbəxtmişəm...
-2-
Sonuncu kəpənəklər
Qanadları payız sarısı,
Uçuşları xəzəl uçuşu kəpənəklər - getdilər...
Bəlkə də öldülər, nə bilim,
Qəfil soyuyan havalardan,
Qəfil yağan yağışlardan sonra? -
Daha heç rastlaşmırıq...
Bom-boz bir yol başlayır hər səhər
Gözlərimdən bildiyim bir yerlərə
Elə baxışlarım gedib, dəyib, qayıdır -
Mən
Pəncərədən baxmaqdayam...
Darıxmaqdayam...
İlbizlər sürünür, bilirəm
Nəm torpağın üstüylə aşağıda,
Çərçivənin o biri üzündə ya da
Arxasıyla iz buraxaraq...
Payız bu
Nə söyləmək gərəksə söylənmiş haqqında,
Söz qalmamış elə bil,
Qəlbimdə
Ən içdə bir şey var, batır, batır,
Adını hələ tapmamışam...
-3-
Duman kimidir gəlib-kecən nə varsa indi
Yaşarmış gözlərinin donuq baxışlarında
Bir söz pıçıldayırsan-
\"Çox çətindi, çətindi\"-
Addımların islanır payız yağışlarında...
Bir yerdə anlayırsan-son yol ümüddən keçir
Başqa nəsə etməyə çırpınmağın hədərdir
Qəlbindən bir hıçqırıq dillənir için-için
Bilirsən bunun adı-
Tənhalıqdır...
Kədərdir...
Altında oturduğun ağacın budaqları
Damla-damla yaş düzür,
Sənə \"ağlama\"-deyə
Ayağınla oynadıb saralmış yarpaqları
Düşünürsən-
\"İlahi!
Niyə?
Niyə?\"...
Bəs niyə?...
-1-
İlin beşinci fəslində, on üçüncü ayında
Ayın otuz ikisində, həftənin səkkizinci günü
Sutkanın iyirmi beşinci saatı, altmış birinci saatında
Altmış ikinci dəqiqəsində,
Sıfırıncı saniyəsində
Xoşbəxtmişəm...
Bundan bir an əvvəlsə
Doğulmuşammış...
Qar yağırmış ağ qızılgüllərin üstünə,
Eyvanımızda qaranquş balasını yemləyirmiş
Pəncərəyə toxunurmuş alma ağaclarının çiçəkləri
Atamın əlləri donurmuş anamın qızdırmalı əllərində...
Bir ağ atlı qoca görünübmüş
Bundan bir gün əvvəlsə həyətimizdə
Bir bardaq su içibmiş
Uzun saçı bir qızdan-məndən istəyib...
Sonra demişmiş ki,
\"Günün ağ olsun\"...
Bir qaraçı qadın gəlibmiş bulaq başına, bir ay əvvəl
Nənəm,
Torpağa tapşırılmasından xeyli sonraymış,
Qırışmış ovcunu açıb uzadıbmış hamıdan qabaq
Gülübmüş qaraçı -
\"Haydı qarı, bu nə həvəs?\"...
Ömür xətlərinin sonunu tapmayanda böyüyübmüş gözləri
Qaçıb gedibmiş -
\"Uzaq olsun, uzaq olsun\"- deyə-deyə...
...Bir an əvvəl mən doğulmuşammış
Xoşbəxtmişəm...
-2-
Sonuncu kəpənəklər
Qanadları payız sarısı,
Uçuşları xəzəl uçuşu kəpənəklər - getdilər...
Bəlkə də öldülər, nə bilim,
Qəfil soyuyan havalardan,
Qəfil yağan yağışlardan sonra? -
Daha heç rastlaşmırıq...
Bom-boz bir yol başlayır hər səhər
Gözlərimdən bildiyim bir yerlərə
Elə baxışlarım gedib, dəyib, qayıdır -
Mən
Pəncərədən baxmaqdayam...
Darıxmaqdayam...
İlbizlər sürünür, bilirəm
Nəm torpağın üstüylə aşağıda,
Çərçivənin o biri üzündə ya da
Arxasıyla iz buraxaraq...
Payız bu
Nə söyləmək gərəksə söylənmiş haqqında,
Söz qalmamış elə bil,
Qəlbimdə
Ən içdə bir şey var, batır, batır,
Adını hələ tapmamışam...
-3-
Duman kimidir gəlib-kecən nə varsa indi
Yaşarmış gözlərinin donuq baxışlarında
Bir söz pıçıldayırsan-
\"Çox çətindi, çətindi\"-
Addımların islanır payız yağışlarında...
Bir yerdə anlayırsan-son yol ümüddən keçir
Başqa nəsə etməyə çırpınmağın hədərdir
Qəlbindən bir hıçqırıq dillənir için-için
Bilirsən bunun adı-
Tənhalıqdır...
Kədərdir...
Altında oturduğun ağacın budaqları
Damla-damla yaş düzür,
Sənə \"ağlama\"-deyə
Ayağınla oynadıb saralmış yarpaqları
Düşünürsən-
\"İlahi!
Niyə?
Niyə?\"...
Bəs niyə?...