Günel Eyvazlı - Həzrəti Məryəm
04/06/2013
MənHəzrəti Məryəm.Günahdan uzaqPak, təmiz bəndəNəfsi çəkilərYoxdu beynimdə.Əzmişəm onuTapdalamışam.Mən İlahinin ətəkləriniSaf ağuşumlaQucaqlamışam.
Atasız övlad,Dayağı Allah.Peyğəmbər yüküSənin çiynində.Neçə günahın keçidlərindənQürurla keçib, ucalacaqsan.
Sən yaşamısan,Sən yaşayırsan,Yaşayacaqsan.Neçə kişinin əli uzandıMənə toxunmaqYasaqdır, yasaq.Mən İlahinin nuru kimiyəm,Sənin gözünəGörünmək üçün,Qadın cıldiyəm.
Torpağın üstə,Torpağın altda.Eşidirsənmi gələn səsləri.Bu qışqırıqlar, qamçı səsləri.Ölüm həvəsi,Ölüm istəyi.
Mən ana kimi,DualarımıHeç əksiltmədim,Heç azaltmadım.Əllərim açıq, Haqq dərgahına.İblisə uyan insanlarınıYarəb bağışla,Onu bağışla.
Digər Məqalələr
2015-04-06 01:35:13
BSU-nun Yaradıcılıq fakültəsinin dekanı Salam Sarvanın Fakültəyə “Sürprizi”..
2014-11-11 02:53:08
Seyran İsmayıl: \"Ədəbiyyatın həndəvərində dolanmaq daha yaxşıdır\" - MÜSAHİBƏ