Günel Eyvazlı - Elnarə xanımın xatirəsinə
07/10/2013
Çox qəribədir...
Bəlkə yüz dəfə Elnarə xanım haqqında yazdığım yazını yazıb, sonra isə silmişəm. Görəsən nə yazmaq istəmişəm əslində? Nə? Alınmır... Nə yazım? Necə yazım?
Bəlkə onun ölümü qədər məni sarsıdan, məni həyatın faniliyinə inandıra bilən ikinci hadisə olmayacaq. Desəm ki, bir müddət öncə daxilimə çökən abu-hava özümün bu dünyadan gedəcəyimi söyləyirdi mənə. Niyə? Bu nə qəribə bir əhval idi? Nələr cərəyan edirdi? Onları təsvir etmək üçün qələm, kağız acizdir. Aciz.
Son dövrlərdə yazdığım şeirlər yalnız fanilikdən idi. İnsanlara - həyat fanidir doya-doya yaşayın kəlməsini bağırırdım. İnsanlar, həyat o qədər qısadır ki... Çox qısadır. Təsvir edə bilməyəcəyiniz qədər qısa...
Hətta Taleh Eminoğlunun şeirini oxuduqdan sonra ilhamlanıb , yenə eyni mövzuda şeir də cızma-qara etmişdim dəftərimdə.
Bir gözündə dərd qoyulub,
Bir gözündə məhəbbət var
Tərəzinin.
Bir əlində xoşbəxtliyin,
Bir əlində bədbəxtliyin.
Dünya sənin əlindədir.
Nə bilirsən, neçə illər qalıb daha,
Dünya fani, sabahları gəl saxlama
Sabahlara.
Sabahları gəl saxlama sabahlara... Görəsən Elnarə xanım ürəyində hansı arzularla getdi? Son anda nə düşünürdü? Hansı sözü demək istəyirdi? Kimi görmək istəyirdi? Övladlarımı gəldi gözünün önünə? Nigaranmı qaldı onlardan? Xatunundan, İncisindən...
“İnsanlarla atəş kimi ol, çox yaxınlaşma yanarsan, uzaqlaşma donarsan”.
Çox hörmətli Elnarə xanım bu mənim həyat devizimdir. Mən insanlardan mümkün qədər qaçıram. Biz bir-birimizə dost qədər yaxın ola bilərdik. Amma, mən yalnız salam Elnarə xanım necəsiniz? Balalar necədir? İşlər necə gedir deyə sordum hər zaman. Siz də Günel xanım hər şey yaxşıdır, Siz necəsiniz deyə sual verərdiniz.
Bilmirəm. Əslində sizin haqqınızda heç nə bilmirəm.
Bir onu bilirəm ki, gülərüz çöhrənizin arxasında bir kədər hiss edirdim. Hə, kədər hiss edirdim. Bəlkə səhhətinizlə əlaqədar idi. Bilmirəm. Amma, mən insanların daxilində olan hissləri hiss etdiyim üçün və acılara dözə bilmədiyim üçün qaçıram. Məni bağışlayın. Heç otağınıza da keçib 10 dəqiqə belə artıq oturmadım yanınızda. Oturmadım.
Bu yaxınlarda bir şeir yazmışam. Bilmirəm bəyənəcəksiniz, ya yox. Söz verin ki, bəyənməsəniz sözün düzünü deyəcəksiniz mənə. Şeirlərim, köşələrim haqqında fikir yürütdükdə belə obyektiv olaraq nəyin yaxşı, nəyin pis olduğunu həssaslıqla, qəlbimə toxunmayacaq dərəcədə necə söyləyirdinizsə bax elə söyləyin.
Mən yenə Sizə ərk edib öz şeirimi göndərirəm. Və həmişə olduğu kimi sonda. Ümid edirəm ki, bəyənəcəksiniz yazıram...
Bilmirəm o dünyanın insanları bizi görürlərmi? Bizi eşidirlərmi? Bilmirəm...
Bir yarpağın sevdası... (Günel Eyvazlı.)
Könlünə,
Kaş insan olsaydım, düşmüşdü yarpağın.
Kaş əlim, ayağım,
Kaş dilim, dodağım,
Kaş sevdiyim olardı
Düşünmüşdü...
Bu tufanı, bu sazağı,
Qırılacaq bu budağı
Dəyişərdim.
İnsan kimi yaşayardım, insan kimi ölərdim.
Sözlər dilindən çıxar-çıxmaz,
Külək onu budağından ayırdı,
Uzun-uzun məsafələr
Gözlərində qısaldı.
O titrədi, o üşüdü...
Bir ağacın koğuşunda daldalandı, dayandı.
Sonra yenə külək ilə,
Səmalarda fırlandı.
Külək onu çırpdı-çırpdı
Gah torpağa, gah daşa.
Yarpaq ömrü deyilən bu,
Bacarırsan gəl yaşa.
Bir pəncərə şüşəsinə
Yapışdı, qaldı yarpaq.
Gözü evdə, istəyi çox.
İnsan olmaq arzusu...
Bir uşaq var çarpayıda
Başı üstə anası,
Sağ divarda asılıbdı
Bir əsgərin fotosu.
Ana isə sığal çəkir,
Balasının başına.
Bacarırsan bu dərd ilə,
İnsan kimi gəl yaşa.
Uşaq, sığal ilə yatır,
Xəyallarda atası.
Əlində kiçik qumbara,
Bir də əl tapancası.
Budur balaca körpənin
Bugünkü oyuncağı...
Yarpaq durur, köks ötürür
Gedir bu pəncərədən,
Əllərini üzür daha
İnsan olmaq eşqindən.

Digər Məqalələr
2015-04-06 01:35:13
BSU-nun Yaradıcılıq fakültəsinin dekanı Salam Sarvanın Fakültəyə “Sürprizi”..
2014-11-11 02:53:08
Seyran İsmayıl: \"Ədəbiyyatın həndəvərində dolanmaq daha yaxşıdır\" - MÜSAHİBƏ