Avanqard

Günel Eyvazlı - Davamı yox

21/06/2013

Kərpic, kərpic qurulmuş eşqiBir anda yıxmağa nə var ki...Bünövrəsi dayaz, kərpici bahalıİçində sən və mənMənasız...
Gərək ki,Sən mənə heç sevirəm deməmişdinSəhvən belə anladığımçün bağışla.Qulaqların duysun deyə söylədimZatən, gözlərimiz söyləmişdi bir-birinə Sevirəm...
İndi bir otaq sən varsan,İndi bir otaq mən varamİki kölgəli gələcək, iki yolİki keçmiş, iki xəyalUtopiya...
Məni milyon kitab,Milyon məqalə, milyon şeirOvutmur.Səni də ovutmayacaqXatırla...
Hər səhər aynaya baxanda,Üzünü təraş etdikdə beləDüşünəcəksən məni.Bilirsən, bir kişinin beynində yaşamaq nə deməkdir?Və ya bir qadının beynində Məskən salmaq?Üzünü yaralama...
Dünən özümü məcbur edibKafkanı oxumaq istədim,Isti bir yandan, külək bir yandanSən də bir yandanAğlıma təzyiq edirdin.Atdım kitabı pəncərədənOxumuram...
Lənətə gəlsin məhəbbətLənətə gəlsin hər şey.Bax, bu kağız, bu qələmSən və mən...
Bir gün saatın zəngi oyadacaq səni,O zaman bütün düşüncələrin TəzələnəcəkYanında olmamı istəyəcəksənGec olacaqGedirəm...

Digər Məqalələr