Avanqard

Gültən Qədirli - İlk və son görüş

29/10/2013

Sentyabr  ayının  18-i idi və mən anamla yaradıcılıq fakültəsində qeydiyyatdan keçmək üçün Bakı Slavyan Universitetinə getdik. 114 nömrəli   otağa girdik.  Az sonra Elnarə İmamquliyeva gəldi,  adını eşitmişdim, amma birinci  dəfə idi onu  yaxından  görürdüm. Düz bir  saat anamla söhbət etdi,  suallarıma səbrlə cavab verdi.  Yaradıcılıq fakültəsində təhsil almaq istəyim daha da artdı,  sənədlərimi təqdim etdim.  Gülə -gülə dedi ki, inşallah,  düz iki il bir yerdə olacağıq. Dedi ki, dərslərin nə vaxt başlamağını demək üçün  mənə zəng edəcək.

...Çox təəssüflər olsun ki, o mənə zəng etmədi.  Təəssüf ki, biz iki  il bir yerdə olmayacağıq.  Cəmi  iki  gün keçdi.  Elnarə xanımın dünyasını dəyişdiyini   eşitdim, çox pis oldum, inana bilmədim.
 Bir saat ərzində o mənə o qədər  doğmalaşdı ki...

Hər gün onu xatırlayıram. Anasız qalmış körpələrini düşünürəm.  Mən onu həyatda bircə dəfə gördüm və bu görüş həm də son görüş oldu. 

Hər dəfə onu xatırlayanda onun gülümsər çöhrəsi gözlərim önünə gəlir...Gözlərim dolur...

26 sentyabr, 2013

Digər Məqalələr