Avanqard

Gültən Qədirli - Evsiz qalmış yaxud açılmamış hədiyyələr

23/10/2013



Həmişə arzu etmişəm öz evim,  ya da  ayrıca bir  otağım olsun. Ad günümdə, müəyyən bayramlarda verilən hədiyyələrin əksəriyyəti necə verilibsə elə də qalıb. Kirayədə qaldığımıza görə həmişə arzulamışam ki,  vaxt gələr, onları öz evimizdə açaram. Bəzən xəyallarımda öz evimi qururam və  hansı hədiyyəni hara, necə qoyacağımı da müəyyən edirəm. Bəzən açmaq istəyirəm hədiyyələri amma hər dəfə onları açmağı başqa günə saxlayıram.

İndiyə kimi  əksər hədiyyəni açmamışam. Ən çox da  qab-qacağa aid hədiyyə olanda. Hələ indiyə kimi qismətimdə olmayıb onlardan istifadə etmək. Elə bil bəzən insan kimi dil açıb nəsə demək istəyir evsiz qalmış hədiyyələr və dünyaya təzə gəlmiş körpə kimi danışa bilmirlər. Sanki bağlı qutuda qalmaqdan beziblər, işlədilmək istəyirlər. Elə bil onlar da mənim kimi kirayə olmayan evdə açılacaqları günü gözləyirlər. Sanki mənim kimi onlar da xəyallar qururlar...


2 oktyabr, 2013

Digər Məqalələr