Avanqard

Gülbala Dadaşın tərcümələri

25/04/2013

Müasir özbək şeirinin nümayəndəsi Sancar Yanişevin şeirlərini oxuyanda məni Orta Asiyanın mənəvi ətri vurdu. Şeirlərdəki hava məni tutduğundan tərcümə etməyi qərara aldım. Məhz əruz vəznində. Çünki bu abu-havanı əruz verə bilərdi. Özbək milli təfəkkürünü rus dili ilə çulğalaşdırıb ortaya qoyan Sancar Yanişev sözün əsl mənasında Şərqin şeir ənənəsini yazdıqları ilə sübut edir.
Gülbala Dadaş








Sancar Yanişev
Əvəzsiz səhnə
Düz  həyatın çıxasan mərkəzinə,qurasan orda əvəzsiz səhnətutasan sevgilinin tellərinibir neçə saniyəlik ən uzağıdolayıb boynuna kəndir sayağı,asasan kəndini Mənsur kimi...Durasan sonra da öz qarşında,özünə keçmişini göstərəsən...Açasan gözlərini, bir görəsən,Tullayıb səhnəyə ovcuyla  ALOV...Sonra alqışlaya şeytan da səniatalar cənnətə bu anda səni...

Oxşar küçələr
O yanında divarın bir it hürür,Bu yanındaysa  süküt- hökm sürür...Mənə yol açmadadır dar küçələrbu gözüm kor, o gözüm yaxşı görür,Məni çaşqın qoyan oxşar küçələrmənə yaddır bu qaranlıq küçələr,yandırıb şam-bu soyuq qış gecəsi,çıxmışam səndə qızındım bəlkə...Mən sənin varlığının zərrəsiyəm,Sən mənim yoxluğumunson yerisən.Yetdim axır kı sənə sakitcəözümü səndə itirdim-BU GECƏ!

\"Qaytar\"
Hamının gözü önündəbütləri sındırdığım gün,dünya düşdü gözümdən,Dağıldı...
Ağaclar çiçək açdı,Ömrümün baharında bir gül soldu.Bir qönçə bitdi...
Allah bu beşiyi yellətmədi.
Mindim zamanın boynunagünün qarşısını kəsimbir qız endirdi məni \"Qaytar\" dedi \"qaytar mənimmənliyimi mənə!\"
Gördüm odur yenə,deeeee \"GƏLƏ\"...

Digər Məqalələr