Avanqard

Gülbala Dadaş - Gözümün içində bir qız yaşayır

27/05/2014













***
Ağılsız başımın ağıl yerində,
Bir ağıl uyuyur, gözəl bir ağıl.
O ağıl nağıldan keçib başıma,
Özündə yatirdar məni o nağıl.

Yenə də küçədə, itlər ulaşır,
Daraşıb üstümə təngənəfəslər.
Biləngiz yalayır qara pişiklər,
Ağlımı bəzəyir rəngarəng səslər.

Gözümü yaradan gözümə baxır,
Gözümün içində bir qız yaşayır.
Qəlbimə girməyə yol tapa bilmir,
Hər gecə gözümü didir, qaşıyır.

Söndürdüm gözümün işığını da,
Nurani olsam da zülmət adamam.
Özümdə əridib itirdim Onu,
Natamam deyiləm, mən də tamamam...


***
Zəncirləmə köpəyini,
Ver ona öz ürəyini.
Burax haqqın ətəyini
Gedək cəhənnəmə doğru.

Nökər şahı mat aparır
Cəsədini at aparır.
İblisə sovqat aparır,
Oğrudan oğrayan oğru.

Uydum şeytanın huyuna,
Keçdim yolun o tayına
Salsın məni xaç suyuna
Hardadır “allahın” “oğlu”?

Digər Məqalələr