Fəxri Müslüm - Söhrab Tahirin əziz xatirəsinə
11/05/2020
O, güneydən idi,
ikiyə bölünmüş vətənin o biri üzündən,
Arazın o tayından.
Yaralarmızın zaman-zaman
gözənməmiş, duz bağlamış oyundan.
O, şair idi,
şeirləri od, alov içində, qərib-qərib,
həsrətin sonsuzluğunda süslənərdi.
Güneyə,
Anası Nəsibə xanıma yazdığı məktublar
sətiraltı, mənası, lampa işığında, süd rəngindən izlənərdi.
O, güneydən idi,
o, şair idi.
Onun sözü, söhbəti,
qədim tərəzilərin tarazılığı kimi,
ölçülü, biçili çəkidəydi.
O, qara papaqlı,
Göydəmir atlı köhnə kişilərdəniydi.
Ancaq,
həmişə günəşin ən son qürub çöhrəsinə bənzər
ailəsindən, yaxınlarından,
doğmalarından ayrılıq xatirələrinin dərdi, kədəri
üzündə, gözündə,
və bir də, alnında,
günəşi, o üzünə aşırmış dağın, quzey qırışlarıydı.
O, güneydən idi,
O, şair idi.
O, güneyin qırxaltı-qırx səkkiz,
topa, tüfəngə tutulmuş azadlıq dalğasının
və bir də,
sözünün ağayana ağasının cənub qaçqınıydı.
O, sovetin, iranın ikiüzlü,
kəsakəs vaxtının qərib adamıydı.
O, sıravi əsgərlərin, ulduzlu zabitlərin,
pantonları zirehli generalların sifətlərdə,
baxışlarda, gözlərdə qərib kölgələri tutan
zamana tuş gəlmişdi.
Səsi ayırd edilib, sözü kəlmə-kəlmə, seçib-seçmələnib,
qan içən təhlükəsizlik təşkilatlarının,
və ya savaqın ovcuna qoyulan,
və ya arxivinə atılan sərt günə,
yaman günə tuş gəlmişdi.
O, güneydən idi,
O, şair idi.
Heç kim onu adı ilə çağırmazdı,
Hamı ona əmi deyərdi.
Əmi, yay-qış dəniz sahilinə enərdi,
oturardı sarı, kəhraba qumun,
ya da, bozqurd rəngində boz bir daşın üstündə,
dənizi, gözləri ilə, kiprikləri ilə,
ikiyə bölünmüş vətənin cənubuna qədər,
bu başdan o başa, o başdan bu başa, milə çəkər,
milə vurardı,
ürəyini göyərdən həsrətin təsəllisini tapana kimi,
toxdadana kimi.
Güneydən gələn gəmiləri, gələn yolçuları gözlərdi,
yorulana kimi, nəfəsi darılana kimi.
Bəlkə, doğmalardan kimsə, gəldi deyə,
gözlərdi, hava ağarana kimi, hava qaralana kimi.
Sonra Lənkərana, Astaraya gedərdi,
Cəbrayıla, Xudafərinə gedərdi.
Bir sözlə,
harda güneylə quzeyə sərhəd qoyulmuşdu,
sədd çəkilmişdi, yolunu ora salar, ora gedərdi.
Çıxıb təpənin birindən, dağın birindən
Baxardı üzü güneyə, üzü Savalana tərəf,
Baxardı, yana-yana.
Sanki, o, sərhəddə ağır bir qalaya dönərdi, atlıya dönərdi,
yanan güneylərdən yanıb qayıdardı,
açan çiçəklərdən, açan güllərdən, açıb, qayıdardı.
Beləcə, aldana, aldana,
şeirlə, sözlə könülnü ovundurardı,
gününü, ömürnü ovundurardı.
O, ikiyə bölünmüş vətənin güneyindən idi,
O, şair idi,
O, əmiydi,
O, ağır sanballı, qara papqlı kişilərdəniydi,
sözün, söhbətin ölçüsüydü, çəkisiydi,
və bir də, ustadımız kimi,
böyük ürək sahibiydi, səmimiydi.
08.05.2020