Avanqard

Fəxri Müslüm -  Mənim, Ay-ulduzlu, Azərbaycan əsgərim

16/07/2020


               









            Yürü, sənin yolun, haqq yoludu, haqqdı, haqq!
            Ömür-gün ələndi, zaman keçdi, vaxtdı, vaxt!
            Səbr də, daraldı, bu taledi, baxtdı, baxt!
            Mənim, Ay-ulduzlu, Azərbaycan əsgərim.

            Bu yurd da, vətən də, durub, ayaq üstədir,
            Həsrət gözü yorub, qulaqlar da, səsdədir,
            Arxanca bütöv xalq, topardı, yol üstdədir,
            Mənim, Ay-ulduzlu, Azərbaycan əsgərim.

            Üzündə, gözündə Alparslanın zəhmi var,
            Səngərdən, səngərə, qəhramanlıq, fəhmin var,
            Bilirəm, sən türksən, nahaq yerə, rəhmin var,
            Mənim, Ay-ulduzlu, Azərbaycan əsgərim.

            Göz var, gecəsini diri açdı, dan, üzdü,
            Əsgərim, zabitim, şəhid oldu, can üzdü,
            Kimdi, bu naxələf, zaman aldı, an üzdü!?
            Mənim, Ay-ulduzlu, Azərbaycan əsgərim.

            Sən, Tanrı dağına, ulu kökə bağlısan,
            Tarixən çəkdiyin, ağır yükə bağlısan,
            Neçə zirvələrə, neçə dikə bağlısan,
            Mənim, Ay-ulduzlu, Azərbaycan əsgərim.

            Vətən şəhidinin, qanı yerdə qalmasın,
            Alın yad nəfəsi, yurda, tamah salmasın,
            Ölsək də, bu millət, bir də, darda qalmasın,
            Mənim, Ay-ulduzlu, Azərbaycan əsgərim.

            Inam da sənindi, güc, qüvvət də, sənindi,
            Təpər də sənindi, bu qeyrət də, sənindi,
            Yadı, çaşbaş edən, bu heyrət də, sənindi,
            Mənim, Ay-ulduzlu, Azərbaycan əsgərim.

            Toxala alağın, dibindən vur, bitməsin,
            Bu bağda, baxçada, qanqal olub, ötməsin,
            Bir də, bu torpağın, bərəkəti itməsin,
            Mənim, Ay-ulduzlu, Azərbaycan əsgərim.

            Yürü, sənin yolun, haqq yoludu, haqqdı, haqq!
            Ömür-gün ələndi, zaman keçdi, vaxtdı, vaxt!
            Səbr də, daraldı, bu taledi, baxtdı, baxt!
            Mənim, Ay-ulduzlu, Azərbaycan əsgərim.
            15.07.2020

Digər Məqalələr