Fərid Hüseyn - Yar üzünü
07/10/2013
ay üzünə ay üzünə günəş doğdu ay üzünə çəkildi üzündən nurun qara çıxdı ağ üzünə
ağ üzünə ağ üzünə qara yaxdın ağ üzünə keçdim sənin taleyindən günəş örtdü ay üzünü
ay üzünü ay üzünü ağ görmədi ay üzünü günəşdən ay ləkələndi ay gizlətdi ay üzünü
ay uzunu ay uzunu ömrün-günün ay uzunu gecələr dərdim uzandı gündüz günüm yay uzunu
yay uzunu yay uzunu sinəm tanır yay ucunu nigarandı kaman bəxtim uçan yayın yay uzunu
yar üzünü yar üzünü qaysaq yara yar üzünü gözüm işığı neynirsən görmürsənsə YAR üzünü