Avanqard

Fərid Hüseyn - Kəsilmiş ağaclar girməsin yuxuna...

02/07/2013














Söhbət
I– Gözlərinə nə yaman qan damıb - deyirəmCavabım ağır olur:– Tale göz dağına dönür yaşadıqca.– Niyə yatmırsan, gecdi.– Yuxularımdan qorxuram bir az...– Nə görürsən ki?– Kəsdiyim ağacları görürəm, görürəm ki, sular ağaclarınardıyca ağlayır, - günahkarıq hamımız...– Kəsdiyin ağaclar haqqı, qoca, mənlik bir şey yoxdu.bacılarını ata dəyişdilər, bu “qəhrəmanlar” da.Mənsə onlara Lermontov ürəyiylə yandım.
II– Oğul, təklik nədi?– Bilirəm, bir az.– Yox, bilmirsən hələ, təklik – Tanrı yetirənlərin hamısına “mənimdi” deməkdi,bölüşməməkdi.– İllər unutdururmu heç?–Sənə baxanda özümü xatırlayıramsa,bunun harası oldu unutmaq.– Baba, necə yaşayım bəs?– Elə yaşa, kəsilmiş ağaclar girməsin yuxuna,sular ağlamasın ağacların ardıyca.

Digər Məqalələr