Fərid Hüseyn - Dur qəbrimi sal yatım...
15/02/2013
Dünən sevgililər günü idi
sənə gül almadım, amma
bir gül alıb torpağa əkdim.
Gəmilərin fit səsi batmışdı,
Əlillərin ayaq səsi duyulurdu dünən
Mən o səslərdən bildim ki, sevgi itmir.
Hər gün içimdə bir boy da
\"Allahu əkbər\" böyüyür.
Daha qadınları Allah sevgisiylə
sevmək istiyirəm.
Tanrım, buludu göyün,
torpağı yerin əlindən almadığın kimi.
mənim əlimdən alma sevgini.
Mən dünya həracımda bir quru torpağa satılmış adamam,
\"dur qəbrimi sal yatım\" demək istiyirəm hərdən.
Amma hər dəfə bir cüt göz kəsir yolumu.
Kimdən soruşuramsa deyir: \"vallah, mənim gözüm deyil\"