Fərid Hüseyn- \"Biz “AA” nömrəli maşınlara minmədik\"
20/12/2012
Biz satıcıdan şərab adı ilə
qadın yoxluğu alıb içmiş adamlarıq,
İndi üzülmərik, kimlərinsə getdiyinə...
Biz “AA” nömrəli maşınlara minmədik
Avtobusları ayağımıza sürdürdük,
Sizin maşınızın at gücü bizim tək ayağımıza dəyməz.
Yaxşı ki, sizin Nuh gəminiz yoxdu,
Yoxsa özünüzünkülərdən başqa
heç kəsi də mindirməzdiniz
Cəhənnəm nişanıdı gözləriniz,
Sizinlə göz-gözə gəlib
Axirətə inanmamaq namümkün.
Anam olmasaydı, dünyaya bulaşardım mən də
Yaxşı ki, var,
“getmə, qayıt” deyib çəkir özünə məni.
Baxmağa yerin yoxdursa,
Dünya-pəncərə zad deyil,
Utanın yalanınızdan
Məni çağırın geri,
Gedim bu ağbaş, qarabaş adamlardan çıxıb gedim,
Burda adam hər gün “beş-üç qram nüftə”dən yaradıldığını
Xatırlamaya bilmir.
Burda başqalarının murdarlığına baxıb özündən iyənirsən...
Avanqard.net